Sərdar Cəlaloğlu: “Mitinqdə apardıqlarımızdan başqa heç kim olmur”
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlu: “Mitinqdə apardıqlarımızdan başqa heç kim olmur”

“Mitinqlərlə məhbusları azad etmək mümkün deyil. Bunun nə hüquqi, nə də konstitusion yolu var. Bunu birdəfəlik anlamalıdırlar”.


Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi həbs olunan QHT sədrlərinin azad olunması şüarı ilə keçirəcəyi mitinqə münasibət bildirərkən deyib.


ADP sədri deyib ki, mitinq sözü görüş deməkdir və həmin görüşdə fikirlərini çatdırmaqdır: “Mitinqlərin yeri və zamanı elə seçilir ki, yoldan keçən təsadüfi adamlar yaxınlaşıb sənin fikirlərini dinləyir, razılaşırsa, sənə qoşulur, razılaşmırsa, yoluna davam edir. Avropada belədir. Amma Azərbaycanda elədir ki, bizim ora apardıqlarımızdan başqa heç kim olmur. Digər tərəfdən, mitinqlərin zamanı artıq keçib. Bu gün Suriyada topla-tüfənglə Bəşər Əsədi devirə bilmirlər, indi bizimkilər mitinqlə hakimiyyət dəyişikliyi edəcəklər? Onsuz da həbslərlə bağlı hökumətə lazmi etirazlar olub. Sözünüz varsa, siz də mətbuat vasitəsilə çatdırın, bunun üçün mitinqə nə ehtiyac var?”


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm