Azərbaycan - İngiltərə münasibətləri müzakirə olunub
Bizi izləyin

Nida.az

Azərbaycan - İngiltərə münasibətləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib, əlaqələrin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar və bu problemin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qonaqlara məlumat verib.

Böyük Britaniya nümayəndə heyətinin üzvləri Azərbaycanın əldə etdiyi nailiyyətlərin heyranlıq doğurduğunu bildiriblər. Onlar Azərbaycanın gələcək inkişafla bağlı aydın baxış və strateji xəttə malik olduğunu diqqətə çatdırıblar.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Bakıda “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminin keçirilməsi xüsusilə vurğulanıb.

Görüşdə regional və qlobal proseslər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm