Novruz Məmmədovdan Robert Dolda sərt reaksiya
Bizi izləyin

Nida.az

Novruz Məmmədovdan Robert Dolda sərt reaksiya

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Konqresinə seçilmək istəyən Robert Dold barəsində ilginc açıqlama ilə çıxış edib.


Publika.az xəbər verir ki, N. Məmmədov “Twitter” hesabında ABŞ Konqresinə seçilmək üçün Robert Doldun erməniləri özünə müttəfiq seçdiyini qeyd edib: “Respublikaçı Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edir”.


Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi İllinoys ştatının 10-cu seçki dairəsindən Konqresə keçirilən seçkilərdə namizəd olan Robert Doldun namizədliyini dəstəkləyib.


R. Dold isə Dağlıq Qarabağın separatçı rejimini dəstəklədiyini və qondarma “erməni soyqırımı”nın tanınmasına birmənalı olaraq dəstək verdiyini bildirib.

Robert Dold ABŞ Konqresinin Nümayəndələr Palatasında ilk fəaliyyətini 2012-ci ildə başa vurub. ABŞ-ın Respublika Partiyasının üzvü olan R.Dold Konqresin erməni məsələləri üzrə qrupunun sədr müavini olub.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm