Nida.az
Fazil Mustafadan Səlahəddin Dəmirtaşa sərt cavab
“Türkiyə Azərbaycanın dar günündə yanında olduğu kimi, indi də biz Türkiyənin yanında olmalıyıq”.
Publika.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında çıxış edib.
Türkiyədə PKK-nın siyasi qanadı sayılan və kürdlərin hüquqlarının təmsilçisi hesab edilən HDP başqanı Səlahəddin Dəmirtaş Türkiyə hökumətini suçlayaraq bildirib ki, əgər Azərbaycan Kobanidə kürdlərin təhlükədə qaldığı şərtlərdə olsaydı, Türkiyə bu cür davranmazdı:
“Türkiyədəki prezident seçkilərində bu siyasətçinin çıxışlarına diqqət etmişdim, riyakarlığı sezilsə də, maraqlı fikirlər də səsləndirirdi. Bu qədər məntiqsiz müqayisəni isə anlamaq mümkün deyil. Əlbəttə, Azərbaycan təhlükədə qalsa, Türkiyə belə davranmayacaq! Siz otuz ildir Türkiyəyə xəyanət etməklə yanaşı, öz millətinizin də gənclərinin siyasət naminə məhv olmasına gətirib çıxarmısınız. Halbuki bu illər ərzində PKK terroru olmasaydı, kürdlər demokratik zəmində daha çox haqlar əldə edərdi və bu xalq silahlıları ilə deyil, təhsilli insanları ilə fəxr edərdi. Suriyada, İraqda, Türkiyənin içində Türkiyə dövlətinə qarşı illərdir həyasızcasına savaş apar, terror et, ölkə iqtisadiyyatına zərbə vur, bölgədə yaşayan sadə insanları mənasız separatçılıq xəstəliyinə yoluxdur, dar məqamda da yenə də üzünü Türkiyəyə tutub dəstək tələb elə. Kobanini bəhanə edib, Tükiyəni vəhşi üsullarla qarışdıran bu qüvvələr, əslində, öz xəyanətlərinin bədəlini ödəyirlər. Baxın, Dəmirtaş və onun parlamentdə təmsil olunan dostları Türkiyənin Suriyaya ordu yeritməsinin əleyhinə səs verirlər, sonra da tələb edirlər ki, niyə Kobanini qorumaq üçün qoşun yeritmirsən. Sonra da orduya, hökumətə kömək etmək əvəzinə içəridə qarışıqlıq yaradıb, əslində, Kobaninin İŞID-ə təslim edilməsinə özləri şərait yaradırlar. Çünki orada İŞİD-ə qarşı döyüşən PJK ilə PKK arasında kökü dərinlərə gedib çıxan konfliktlər var. Türkiyənin prezidenti Ərdoğanın açıqlaması tamamilə doğrudur, İŞİD-lə PKK arasında heç bir fərq yoxdur”.
F.Mustafa onu da qeyd etdi ki, YAP-ın rəsmi şəxslərindən olan Siyavuş Novruzovun da terrorola mübarizədə Azərbaycanın Türkiyəyə hər cür dəstək verəcəyini vurğulamasını tənqid edənləri də anlaya bilmədim:
“Bəli, bu görüşü tam dəstəkləyirəm, növbəti Milli Məclisdə gündəmə gətirməyi də düşünürəm, Azərbaycan Milli Məclisi həm İŞİD, həm də PKK terroru ilə mübarizədə Türkiyəni dəstəkləmək barədə ən azı siyasi bəyanat verməlidir. Bizim hərbi dəstəyimizə ehtiyac olacaq-olmayacaq, bu, başqa məsələdir. Dəmirtaş kimilərin nə söyləməyi əhəmiyyətli deyil, Türkiyə Azərbaycanın dar vəziyyətində göstərdiyi həssaslığı Azərbaycan da Türkiyə üçün mütləq göstərəcəkdir”.
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR