Fəzail Ağamalının oğlu Şirvanda ofis açdı - FOTO
Bizi izləyin

Nida.az

Fəzail Ağamalının oğlu Şirvanda ofis açdı - FOTO

Bu gün Ana Vətən Partiyası Şirvan şəhər təşkilatının ofisinin açılışı olub.

Publika.az-ın məlumatına görə, açılış mərasimində Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, Şirvan şəhər təşkilatının sədri Telman Həsənəliyev və təşkilatın bir qrup fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən Elçin Ağamalı ofisin açılışı münasibətilə Şirvan şəhər təşkilatının fəallarını təbrik edərək, onlara fəaliyyətində uğurlar arzulayıb.

Aparatın rəhbəri çıxışında qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti haqqında danışaraq, Ana Vətənçilərə bələdiyyə seçkiləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Tədbirin sonunda çıxış edən Şirvan şəhər təşkilatının sədri Telman Həsənəliyev və qocaman Ana Vətənçi Mayis Qarayev yaradılan şəraitə görə partiya rəhbərliyinə öz minnətdarlıqlarını bildirmiş və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığın yüksək səviyyədə getdiyini qeyd edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm