Prezidentlərin Paris görüşünün vaxtı açıqlandı
Bizi izləyin

Nida.az

Prezidentlərin Paris görüşünün vaxtı açıqlandı

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 27-i Parisdə görüşəcəklər.


Publika.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Anri Reno yerli mediaya açıqlamasında deyib.


Onun sözlərinə görə, Fransa Dağlıq Qarabağ münaqişəsində uzun müddətli sülhə nail olmağa çalışır.


“Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərinə Parisdə görüşməyi təklif etdi. Məqsəd münaqişədə sülh yolunun tapılması və hərbi qulluqçu və mülki vətəndaşların həlak olmamasıdır. Digər tərəfdən, Fransa üç əsas prinsipə ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək əsaslanaraq danışıqlar prosesinə yeni stimul vermək istəyir”, deyə Fransa səfiri qeyd edib.


A. Reno bildirib ki, Paris görüşündə ATƏT-in Minsk qrupunun üç həmsədri də iştirak edəcək: “Tərəflər bu münaqişədə özləri razılığa gəlməlidir. Vasitəçilərsə, sadəcə, kömək edir, amma onların yerinə qərar qəbul edə bilmirlər. vasitəçilərin rolu bundan ibarətdir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm