• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qarabağın azad olunması üçün “2015-ci il” şansı – Təhlil

  • Nida.az
  • 9 Oktyabr 2014 17:00
  • 1 878 Baxış
Qarabağın azad olunması üçün “2015-ci il” şansı – Təhlil

Sabah - oktyabrın 10-da Minskdə Avrasiya İttifaqının növbəti iclası keçirəcək. İclas Ermənistanın ittifaqa daxil olması haqqında məsələnin müzakirəsi ilə diqqət çəkir. Hansı ki, Dağlıq Qarabağın işğalı Ermənistanın ittifaqa gedən yolunu bağlayır.

Artıq Vladimir Putinin köməkçisi Yuri Uşakov Yerevana müjdəni verib.


Publika.az xəbər verir ki, Uşakov bildirib ki, Ermənistan 2015-ci il yanvarın 1-dən ittifaqa daxil olacaq. Bununla bağlı müvafiq müqavilə sabahkı iclasda imzalanacaq.


Yerevanın Avrasiya İttifaqına Qarabağsız gedişi


Uşakovun açıqlamasından da məlum oldu ki, Yerevan ittifaqa daxil olacaq. Lakin bu qəbul Ermənistan üçün o qədər də arzu olunan deyil. Bu, daha çox geriyə yolun olmamağından irəli gəlir. Belə ki, bu ilin may ayının 29-da ittifaqın təsisinə həsr olunan Astana sammitində Sərkisyanın qarşısına qoyulan məktub planlarını alt-üst etdi. Belə ki, Prezident İlham Əliyev sammitə ünvanlandığı məktubda Azərbaycan lideri Ermənistanın BMT tərəfindən tanınmış sərhədlərlə ittifaqa üzv olmasını tələb edir, Azərbaycan torpaqları olan Qarabağın bu prosesdən kənarda qalmasını istəyirdi.


Qazaxıstan prezidenti Nursultan Nazarbayev “biz Azərbaycan prezidentinin məktubunu almışıq. Məktubda Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyünün mümkün olduğu qeyd olunub. Azərbaycan hesab edir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlərlə Avrasiya İqtisadi İttifaqına qoşula bilər” deyə İlham Əliyevin məktubunu oxudu.


Bununla bağlı Publik.az-a danışan sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bildirir ki, bununla Ermənistanın ittifaqa qəbul olunması problemə çevrildi: “Nazarbayev əvvəl də bildirmişdi ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və 7 rayonunu işğal edib, gərək konkret sərhədlərini göstərsin. İndi də İlham Əliyev bu məsələni qaldırdı. Hesab edirəm ki, bu ciddi məsələdir. Lakin bunun həlli Rusiyadan asılıdır. Rusiya çalışacaq ki, Ermənistanı ittifaqa Qarabağsız qəbul etsin. Bu da İrəvanın xətrinə dəyəcək”.


Sonrakı proseslər göstərdi ki, Moskva Yerevanı Qarabağsız ittifaqa gəlməyə razı salıb, daha doğrusu Ermənistan üçün bütün qapılar bağlanmışdı. Geriyə yol yox idi. Belə ki, Avropa Birliyi ilə əməkdaşlıq danışıqlarını qəfil kəsən Yerevan Qərbin gözündən etibarsız ölkə kimi düşdü. Sərkisyanın önünə “Qarabağ düyünü” qoyularkən bəlkə də o ittifaqdan imtina edərdi, amma onun üçün hakimiyyətini xilas etməyin yeganə yolu bu idi.


Sərkisyan İlham Əliyevin tələbini qəbul etdi və ittifaqa Qarabağsız daxil olacağını açıqladı. Ukrayna böhranından sonra düşdüyü vəziyyətə uyğun olaraq Moskva da Bakının sərt üzündən çəkindi və Qarabağın ittifaqa Ermənistanla daxil olmayacağını bəyan etdi.


Burda İlham Əliyevin uğurlu diplomatiyası önə çıxır. Hansı ki, Ermənistan ittifaqa daxil olacağı təqdirdə bu birliyin tərkib hissəsi olan gömrük şərtlərini qəbul edəcək.

Şərtlərə görə, Dağlıq Qarabağla Ermənistan arasında gömrük postu yaradılacaq, Sərkisyan bunu etməyəcəyini nə qədər israrla açıqlasa da.


Hazırda gömrük kodeksi 11 553 adda məhsula şamil edilir. Gömrük Şurasına üzvlükdən sonra isə bu siyahıdakı məhsulların 60 faizinin gömrük rüsumları artacaq.

Burda diqqət çəkən iki məqam var və hər ikisi Yerevan üçün “soyuq duş” effekti yaradacaq.


Birinci məqam: Gürcüstan Avropa İttifaqı ilə Assosiativ sazişi imzaladı. Bu isə Ermənistanın öz sərhədləri daxilində gömülməsi deməkdir. Belə ki, Gürcüstan sərhədlərindən istifadə əvvəlkindən daha çox sərtləşəcək və gömrük xidmətlərui bahalaşacaq. Həmçinin, Avropa İttifaqı ailəsinə daxil olan Gürcüstan bu məsələdə tək qərar verməyəcək.

Digər tərəfdən, Azərbaycan və Türkiyə ilə sərhədləri Qarabağı işğal etdiyi üçün itirən Ermənistanın yeganə çıxış yolu İrandır. Lakin ittifaqın üzvü kimi Ermənistan İran sərhədlərindən də kifayət qədər bəhrələnə bilməyəcək. Bunun üçün İranın da ittifaqa üzv olması lazımdır ki, bu bir qədər çətin görünür.


İkinci məqam: Ermənistan ittifaqa üzv olandan sonra Dağlıq Qarabağa heç bir yardım edə bilməyəcək, yaxud da bu yardımlar şərtlər daxilində baş verəcək. Bu günə qədər Yerevanın maliyyə yardımı ilə ayaq üstə qalmağa çalışan qondarma “DQR”-nin separatçı rejimi bu yardımdan məhrum olacaq. Çünki birliyin sərhədlərini ora daxil olan ölkələrin birgə yaratdıqları gömrük xidməti qoruyacaq. Yəni ermənilərin burda sui-istifadəyə yol vermələri çətin olacaq. Beləliklə, onsuz da böhranda olan DQR rejimi zəifləyəcək. Bu isə Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarmaq şansını artırır. Rəsmi Bakı ya müharibə yolu ilə, ya da sosial böhranda olan Qarabağın erməni icmasını öz qanadı altına almaqla buna nail ola bilər.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR