• USD 1,7002 0,00% EUR 2,0123 +0,80%
    • GBP 2,2659 +0,54% RUB 0,0291 +1,37%

Valeriy Çalıy: “Bu, Ukrayna üçün yanlış seçim idi”

  • Nida.az
  • 9 Oktyabr 2014 16:53
  • 429 Baxış
Valeriy Çalıy: “Bu, Ukrayna üçün yanlış seçim idi”

“Neytral status Ukrayna üçün əlverişli deyil”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezident administrasiyası rəhbərinin müavini Valeriy Çalıy Kiyevdə keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxışında deyib.

Onun sözlərinə görə, Ukraynanın indiki neytral statusu qəbuledilməzdir: “Belə bir statusun qanunvericilikdə möhkəmləndirilməsi əvvəldən səhv idi. İndiki vəziyyət aydın şəkildə göstərir ki, bu, Ukrayna üçün yanlış seçim idi. Mənim fikrimcə, klassik neytral status Ukrayna üçün tamamilə qəbuledilməzdir", - Ukrayna prezident administrasiyası rəhbərinin müavini bildirib.

V.Çalıy hesab edir ki, Avropaya inteqrasiya və Avropa təhlükəsizlik sistemi Kiyev üçün optimal variantdır.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>