“Ermənistanla indiyə qədər yumşaq dildə danışmışıq”
Bizi izləyin

Nida.az

“Ermənistanla indiyə qədər yumşaq dildə danışmışıq”

“Ölkənin birinci şəxsi, Ali Baş Komandan tərəfindən Ermənistana qarşı bu cür sərt mövqe sərgilənməsi vacibdir. Ermənilər anlamalıdırlar ki, onların işğalı oldu-bitdi məsələsi deyil və əvvəl-axır bunun cavabını verəcəklər”.

Bunu Publika.az-a açıqlamasında ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətini üzvü, millət vəkili Fazil Mustafa Prezidenti İlham Əliyevin oktyabrın 8-də Nazirlər Kabinetinin iclasında Ermənistanın işğalçılıq siyasətini ifşa edən çıxışını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda yaşanan köç Qarabağa görə bir gün cavab verməli olacaqlarını anlayan əhali qrupudur: “Prezidentin çıxışı siyasi mövqedir və bu doğrudur. Biz Ermənistanla indiyə qədər kifayət qədər yumşaq dildə danışmışıq. Artıq özümüzə güvənərək müəyyən addımlar atmalıyıq. Bu mövqeni hər bir azərbaycanlı dəstəkləyir”.

F. Mustafa qeyd edib ki, bu gün Azərbaycanın güclü iqtisadiyyatı və ordusu var.


“Azərbaycanın sərgilədiyi sərt mövqenin arxasında da bu iki amil dayanır. Çünki Ermənistanda sosial vəziyyət bərbad gündədir və Azərbaycanla müqayisə oluna bilməz. Bu bizim üstünlüyümüzdür. Lakin geosiyasi vəziyyət hələ də əvvəlki olaraq qalır, hətta yeni konfliktlər peyda olub. Regionda Azərbaycanın xeyrinə siyasi mənzərə dəyişməyib”, - deyə millət vəkili bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm