Müsavata 7 rəqəmli ianə daxil olub? - Səxavət Əlisoy yeni faktlar açıqlayır
Bizi izləyin

Nida.az

Müsavata 7 rəqəmli ianə daxil olub? - Səxavət Əlisoy yeni faktlar açıqlayır

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Arif Hacılının başqan seçildiyi seçkidə saxtakarlıqla bağlı yeni faktlar açıqlayıb. Keçmiş namizəd həmçinin, Arif Hacılının tərəfdarlarına suallar da ünvanlayıb.

Publika.az xəbər verir ki, S. Əlisoy bildirib ki, 16 rayonda konfrans keçirilməyib: “Necə olur ki, Qazax, Gədəbəy və Quba kimi böyük rayonlar iki il ərzində konfrans keçirə bilmir, Samux rayonu 1 gün ərzində 3 qurultay nümayəndəsi ortaya çıxarır? Samux rayonunda nə qədər müsavatçı var və orada keçirilmiş konfransın protokolunun surətini göstərə bilərsinizmi? 16 rayonda təşkilati işlərin bərbad olmasına görə kim məsuliyyət daşıyır, partiyanın gözətçisi Zahir bəy, yoxsa, partiyanın təşkilat məsələləri üzrə müavini Arif Hacılı? Naxçıvan MR-da keçirilən konfranslarda MNTK və QHTK-dən kim iştirak edib?

İştirak edən olubsa protokolun surətini FB-da nümayiş etdirin. 2003- Prezident, 2009-Bələdiyyə və 2010-Parlament seçkilərindəki maliyyə hesabatları nədən açıqlanmır? 2003-Prezident seçkilərində Seçki Qərargahına nə qədər ianə daxil olub (biriləri 6 rəqəmli, digərləri 7 rəqəmli məbləğlərin olduğunu iddia edir), 2009-Bələdiyyə seçkilərində MSK-nın partiyaya ayırdığı vəsait hansı işlərə sərf olunub? O seçkilərdə partiyanın Seçki Qərargahına kim rəhbərlik edib və maliyyə hesabatını kim verməlidir, Yaşar Türkazər, yoxsa Arif Hacılı? Neçə rayon təşkilatının sədri nizamnaməyə zidd olaraq iki dönəmdən artıq fəaliyyət göstərir? Neçə rayonda sədr vəzifəsini boynuna çəkən tapılmır? Neçə rayon təşkilatının sədri təşkilata Bakıdan sədrlik edir? Azərbaycanda və cümlə dünyada elə bir partiya göstərə bilərsinizmi ki, bir funksioner Arif Hacılı kimi 3 önəmli vəzifə daşısın? Mərkəzi İcra Aparatının rəhbəri, Seçki Qərargahının rəhbəri, təşkilat işləri üzrə başqan müavini. Divan və Məclis üzvlüyünü vəzifə saymıram. Suallar Arif Hacılının dəstəsinə daxil bəylərə ünvanlanıb”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm