Bakı-Astana münasibətləri müzakirə olundu
Bizi izləyin

Nida.az

Bakı-Astana münasibətləri müzakirə olundu

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Nadir Hüseynov bu gün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının xarici işlər nazirinin birinci müavini, EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərginin komisarı Rapil Joşıbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az-a bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub. Mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd olunub.

Azərbaycan tərəfi EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərginin Qazaxıstanın Astana şəhərində keçirilməsi ilə əlaqədar qarşı tərəfə uğurlar arzulayıb. Rapil Joşibayev səmimi qəbula görə təşəkkürünü bildirərək, Qazaxıstan ilə Azərbaycan arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini vurğulayıb.

Qazaxıstan tərəfi beynəlxalq sərgiyə hazırlıq mərhələsi barədə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm