• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Mübariz Qurbanlı: Korrupsiya azalır

  • Nida.az
  • 6 Fevral 2014 17:15
  • 594 Baxış
Mübariz Qurbanlı: Korrupsiya  azalır

Prezident İlham Əliyevin dediyi fikirlərdə korrupsiyanın aradan qaldırılmasının kompleks ideyası, kompleks həlli yolları göstərilib. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Prezident İlham Əliyevin fevralın 5-də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunan konfransda korrupsiyaya qarşı mübarizə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

M.Qurbanlı qeyd edib ki, korrupsiyaya qarşı mübarizə bütövlükdə dünya miqyasında gedən bir mübarizədir, hətta BMT səviyyəsində belə müzakirə obyektidir: "Bu bütün dünyanın problemidir. Əsas məsələ korrupsiyaya qarşı mübarizənin necə aparılmasıdır. Yəni korrupsiya olmayan ölkə yoxdur. Əsas korrupsiyanın qarşısını almaq və onu necə aradan qaldırmaq üçün kimin necə mübarizə aparmasıdır. Bu baxımdan cənab prezidentimiz növbəti illərdə də korrupsiyaya qarşı mübarizənin bütün istiqamətlərdə gedəcəyini xüsusi vurğulayıb".

Millət vəkili bildirib ki, indiyə qədər də Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılıb. Onun sözlərinə görə, ən əsası korrupsiyanı yaradan səbəbləri aradan qaldırmaq lazımdır: "Bunun aradan qaldırılması üçün isə buna şərait yaradan bu və ya digər amillər yox edilməlidir. Misal üçün, "ASAN xidmət"in yaradılması, qanunvericilikdə məmur özbaşınalığına yol verə biləcək müddəaların oradan çıxarılması, əhali arasında korrupsiyaya qarşı mübarizə ilə bağlı təşviqat işinin genişləndirilməsi, o cümlədən korrupsiyaya qarşı mübarizənin inzibati yolla aradan qaldırılması istiqamətində qanunvericiliyin möhkəmləndirilməsi, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardır".

M.Qurbanlı vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə bir neçə istiqamətdə aparılır - iqtisadi, mənəvi-psixoloji və hüquqi: "Bu üç istiqamət vahid bir məqsədə xidmət etməlidir. Azərbaycanda bu istiqamətlər üzrə iş gedir. İqtisadi islahatların aparılması, hüquqi müstəvidə qanunvericilikdə bu məsələnin daha kəskin şəkildə qoyulması, mənəvi-psixoloji cəhətdən isə məmurların məsuliyyəti, məmurlar arasında və xalq arasında izahat işi. Ona görə də cənab prezidentimizin dediyi fikirlərdə korrupsiyanın aradan qaldırılmasının kompleks ideyası, kompleks həlli yolları göstərilib. Bu, əvvəllər qəbul olunmuş qanunlar və tədbirlərlə davam edəcək. Mübarizə yüksələn xətt üzrə gedir, korrupsiya isə azalır".

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışında bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir: "Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri görülür və görüləcəkdir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR