Nida.az
Hərbi prokurorlara korrupsiya haqda danışdılar
Fevralın 6-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində "Korrupsiyaya qarşı mübarizədə prokurorluğun rolu və əsas vəzifələri" mövzusunda seminar keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Baş prokurorun birinci müavini Rüstəm Usubov, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, idarənin əməkdaşları, rayon, şəhər və ərazi hərbi prokurorları iştirak etmişlər.
Seminardan əvvəl tədbir iştirakçıları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək unudulmaz xatirəsini ehtiramla yad etmiş, daha sonra bina ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini Rüstəm Usubov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş sistemli və davamlı tədbirlər barədə ətraflı məlumat verməklə prokurorluq orqanlarının korrupsiya ilə mübarizəni fəaliyyətinin prioritet xətt kimi müəyyən etdiyini bildirmişdir.
Korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinin zəruriliyini və prokurorluq orqanlarının əməkdaşları qarşısında mühüm vəzifələrin durduğunu bildirən natiq, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklərinə əminliyini ifadə etmişdir.
Tədbirdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov çıxış edərək "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası, o cümlədən prokurorluq orqanları tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr, habelə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar gözlənilən nəticələr barədə ətraflı məlumat vermişdir.
Seminarda həmçinin, idarənin şöbə rəisləri Vüqar Əliyev və Elşən Abbasov dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizə ilə bağlı prokurorluq orqanlarının əsas vəzifələri və prokurorluq əməkdaşları tərəfindən Etik Davranış Kodeksinin tələblərinə əməl edilməsinin vəziyyəti barədə çıxışlar etmişlər.
İnteraktiv şəraitdə keçirilən tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə rayon, şəhər və ərazi hərbi prokurorluqları arasında əlaqələrin daha da genişləndirilməsinin, korrupsiyaya qarşı mübarizədə səylərin artırılmasının, birgə istintaq qruplarının yaradılmasının zəruriliyi vurğulanmış və bu sahədə fəaliyyətin daha kəsərli və səmərəli qurulması istiqamətində faydalı müzakirələr aparılmışdır.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var