“Əli Kərimli Obamaya yarınmaq üçün mitinq keçirir”
Bizi izləyin

Nida.az

“Əli Kərimli Obamaya yarınmaq üçün mitinq keçirir”

“ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı məlum çıxışından sonra Əli Kərimli ABŞ-a yarınmaq üçün mitinq arzusunu ortaya qoyub. Mitinq keçirmək təşəbbüsü bununla bağlıdır”.

Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Milli Şuranın oktyabrın 12-də mitinq keçirmək qərarını şərh edərkən deyib.


Onun sözlərinə görə, Əli Kərimli yenidən özünü “qərbyönümlü” siyasətçi kimi ABŞ-a təqdim edir: “Özü də yaxşı bilir ki, Rusiyanın yaratdığı “Milli Şura”da Cəmil Həsənlidən başqa heç kim qalmayıb. Kimdir Əli Kərimlinin mitinqinə qatılan? Kim qalıb ki, bunun yanında? Natiq Ədilov və bir neçə adamdan başqa Əli Kərimlinin yanında heç kim qalmayıb. Əli Kərimlidən soruşmaq lazımdır ki, həbsdə olan bu adamların hansının yanına bir dəfə də olsun getmisən? Bu adamların hansının ailəsinə mənəvi və maddi dəstək olmusan? Hər kəs bu illər ərzində gördü ki, hətta Əli Kərimlinin ən yaxın adamları 7 il həbsdə yatdı və bu adam bir dəfə də olsun onların ziyarətinə getmədi. Hətta həbsxanadan çıxandan sonra evinə belə getmədi. Bax, Əli Kərimlinin əsl siması budur”.


N. Orduxanlı qeyd edib ki, 12 oktyabr mitinqi çox zəif keçəcək. BAXCP rəsmisi düşünmür ki, Əli Kərimlinin keçirdiyi mitinqə ciddi dəstək verilsin.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm