İsrail XİN-in nümayəndəsi ADU-da
Bizi izləyin

Nida.az

İsrail XİN-in nümayəndəsi ADU-da

İsrail XİN-in Avroasiya 2 Departamentinin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru ADU-da

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov İsrail XİN-in Avroasiya 2 Departamentinin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Oded Cozefi qəbul edib.

ADU-nun Mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirib.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan İsrail-Azərbaycan əlaqələri haqda danışan rektor Səməd Seyidov Universitetin bu əlaqələrin inkişafında elm, təhsil, o cümlədən mədəniyyət sahəsində xüsusi yeri olduğunu bildirib.

Universitet haqqında qonağa məlumat verən rektor, professor Səməd Seyidov ADU-nun beynəlxalq əlaqələrindən də söz açıb. O, universitetdə İsrail və Yaxın Şərq Mərkəzinin fəaliyyətini xüsusi vurğulayıb. Rektor, professor Səməd Seyidov tələbələrin ivrit dilinə olan marağından danışıb.

Səmimi qəbula görə təşəkkür edən İsrail XİN-in Avroasiya 2 Departamentinin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Oded Cozef ADU-da olmaqdan məmnun olduğunu dilə gətirib. Qonaq bu günlərdə prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti Şimon Peres və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşünü xatırladıb. O Azərbaycan-İsrail əlaqələrinin genişləndiyini deyib və bu əlaqələrin strateji cəhətdən vacib olduğunu sözlərinə əlavə edib.

Azərbaycan və İsrail arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişə toxunan Oded Cozef diplomatik və xidməti pasportu olan şəxslər üçün viza rejiminin sadələşdirilməsinin əlaqələrin intensivləşməinə xidmət etdiyini bildirib. Oded Cozef Azərbaycan Dillər Universitetində ivrit dilinin tədrisini yüksək qiymətləndirib. Azərbaycanda çoxlu sayda yəhudilərin yaşadığını diqqətə çatdıran qonaq ölkəmizin tolerantlığın bariz nümunəsi olduğunu vurğulanıb.

Görüşdə, Azərbaycan-İsrail münasibətləri, parlamentlərarası əlaqələr, ADU-nun İsrail universitetləri ilə əlaqələri, ikitərəfli əməkdaşlığın inkişafı, tələbə-müəllim mübadiləsi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz iştirak edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm