Sergey Markov: “Yeddi rayon əvəzinə rəsmi Bakı Ermənistan üzərindən blokadanı götürür”
Bizi izləyin

Nida.az

Sergey Markov: “Yeddi rayon əvəzinə rəsmi Bakı Ermənistan üzərindən blokadanı götürür”

“Ermənistan Avrasiya İttifaqına qoşulur və Azərbaycan və Türkiyə tərəfindən düşdüyü blokadadan çıxmaq üçün 7 rayonu qaytarır”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İctimai palatasının üzvü, Dövlət Dumasının keçmiş üzvü, politoloq Sergey Markov deyib.

Onun fikrincə, böyük güzəştlər üçün rahat siyasi vəziyyət tədricən yaradılır: “Ermənistan Avrasiya layihələrinə qoşulur, bunun üçün ona blokadadan çıxmaq lazımdır. Amma bu, faktiki olaraq problemlidir. Lakin inanıram ki, güzəştlər olacaq və bu güzəştlərin mahiyyəti təqribən bu cürdür: Ermənistan 7 rayonu qaytarır, əvəzində Azərbaycan və Türkiyə blokadanı geri çəkir. Bu güzəştlər hər iki tərəf üçün sərfəlidir. Lakin “DQR”-in statusu həll edilmədiyi üçün bu, müvəqqəti qərardır. Bununla belə, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə müsbət danışıq və razılıqlara əsas yaradır”.

Lakin politoloq bunun öz subyektiv fikri olduğunu qeyd edib. Bildirib ki, tərəflərdən heç biri belə bir təklif irəli sürməyib.

“Sadəcə olaraq, mən hesab edirəm ki, bunun üçün şərait yaradılır. Bu, hələ ki erkən mərhələdir. Əvvəllər bunu nəzəri olaraq deyirdilərsə, indi artıq praktiki olaraq mövcuddur”, - deyə politoloq bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm