Nida.az
Parlamentdə Qırğızıstanla münasibətlər müzakirə olunub
Milli Məclis sədrinin I müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Qırğızıstan Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az Milli Məclisin internet sıhifəsinə istinadən xəbər verir ki, Ziyafət Əsgərov ili ölkə arasında bütün sahələrdə sıx dostluq münasibətləri qurulduğunu deyib.
O deyib ki, Azərbaycan Qırğızıstanla əlaqələrin daha da dərinləşməsinə böyük əhəmiyyət verir. Vtse-spiker Aərbaycanda aparılan islahatlar, quruculuq işləri, əldə edilən uğurlu nəticələr barədə qonaqlara məlumat verib. Qeyd edilib ki, müstəqillik illərində Azərbaycanda geniş hüquqi islahatlar həyata keçirilib. Məhkəmə sistemi Avropa standartlarına uyğunlaşdırılıb. Vitse-spiker bu gün Azərbaycan Konstitusiya Məhkəməsi ilə Qırğızıstanın Konstitusiya Palatası arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini qeyd edib.
Parlamentlərarası əlaqələr barədə söhbət açan Ziyafət Əsgərov qanunvericilik sahəsində əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu vurğulayıb. Bildirilib ki, hər iki ölkə deputatları beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq edirlər.
Qəbulda Qırğızıstan Ali Məhkəməsi Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyev Azərbaycan parlamentində olmağından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sistemi sahəsində mövcud əlaqələrdən danışıb. O, Qırğız Konstitusiya Palatasının fəaliyyəti və səlahiyyətləri, üzvlərinin seçilməsi, habelə ölkəsində aparılan hüquqi islahatlar barədə ətraflı məlumat verib. Qonaq səfər zamanı keçirdiyi görüşlər və aparılan danışıqlardan söz açıb. O, Konstitusiya məhkəmələri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumu yüksək qiymətləndirib. Bu sənədin iki ölkə hakimləri arasında əməkdaşlığın daha da genişlənməsində faydalı olacağını söyləyib.
Görüşdə məhkəmə-hüquq sistemi sahəsində aktual məsələlər müzakirə olunub.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK