“Ermənistanın Avrasiya İttifaqına qoşulmasının Azərbaycana heç bir təsiri olmayacaq”
Bizi izləyin

Nida.az

“Ermənistanın Avrasiya İttifaqına qoşulmasının Azərbaycana heç bir təsiri olmayacaq”

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev oktyabrın 27-də Parisdə planlaşdırılan Azərbaycan və Ermənistan prezidentləri arasında görüşdən gözləntilərini açıqlayıb.

Deputat R.Rzayev Publika.az-a açıqlamasında deyib ki, bu görüş çox müsbət dəyərləndirilməlidir:

“Təbii ki, belə görüşlərin nəticəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşacaq. Bu, birmənalı olaraq belədir. Hər bir görüş münaqişənin sülh yolu ilə həllinə töhfə verir. Bu proses uzun sürən proses olsa da, belə görüşlərin keçirilməsi mütləq lazımdır. Bu yaxınlarda növbəti görüş də Parisdə olacaq. Bu görüşdən də biz müsbət məqamlar gözləyirik”.

Ermənistanın Avrasiya İttifaqına qoşulması barədə sənədi imzalaması məsələsinə də toxunan R.Rzayev deyib:

“Ermənistanın Avrasiya İttifaqına qoşulmasının Qarabağ münaqişəsinə heç bir təsiri ola bilməz. Çünki Ermənistan çox acınacaqlı vəziyyətdədir. Ermənistan bir dövlət kimi Azərbaycana heç bir sahədə rəqib ola bilməz. Ona görə də Ermənistan hansı təşkilatın üzvü olursa olsun, bunun Azərbaycana heç bir təsiri olmayacaq. Ümumiyyətlə, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın “forpost”udur. Digər tərəfdən də, Ermənistan Avrasiya İttifaqına qoşulmaqla öz siyasətini həyata keçirə bilmədi. Çünki Ermənistan Dağlıq Qarabağı da öz ərazisi kimi Avrasiya İttifaqına qoşmaq planını reallaşdırmaq istəyirdi. Amma Azərbaycan rəhbərliyinin qətiyyətli siyasəti nəticəsində bu mümkün olmadı. Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünə daxil olan bölgədir. Ona görə də Ermənistan rəhbərliyi bu cür oyunları ilə həm beynəlxalq aləmdə, həm də Rusiyada öz simasızlığını göstərir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm