Arif Hacılı Müsavatdakı istefalardan danışdı
Bizi izləyin

Nida.az

Arif Hacılı Müsavatdakı istefalardan danışdı

“Müsavat Partiyasının hər bir üzvü mənim üçün əzizdir. Gənclərin partiyadan çıxmaq barədə bəyanatlarına görə çox təəssüflənirəm. Bəyanatla tanış olandan sonra səbəblər barədə öz münasibətimi bildirəcəyəm. Bu addımlarını yanlış hesab edirəm”.

Publika.az xəbər verir ki, Müsavat başqanı Arif Hacılı bu gün keçirilən Məclis toplantısında gənclərin partiyadan istefasına münasibət bildirərkən belə deyib.

A. Hacılı Qubad İbadoğlu tərəfdarlarının 2018-ci prezident seçkilərində İsa Qəmbərin yox, İbadoğlunu namizədliyini dəstəkləyəcəklərinə münasibət bildirib.

“Bu, onların hüquqdur. Müsavat Partiyası qurultayı İsa Qəmbərin namizədliyin irəli sürür. Amma nizamnaməyə görə, hər bir üzv qərar qəbul edildikdən sonra belə qərara qarşı təbliğat aparmaq hüququ var. Mənə elə gəlir ki, 2018-ə kimi bu məsələlər öz həllini tapacaq”, -deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm