İsa Qəmbər: “Müsavatın bir başqanı var.."
Bizi izləyin

Nida.az

İsa Qəmbər: “Müsavatın bir başqanı var.."

“Müsavatın bir başqanı var, o da Arif Hacılıdır. Hər müsavatçıya ayrı-ayrı başqan təyin edə bilmərik”.

Publika.az xəbər verir ki, bu barədə keçmiş başqan İsa Qəmbər partiyanın bugünki Məclis toplantısında çıxışı zamanı deyib.

Keçmiş başqan bildirib ki, seçkilər şəffaf keçirilib və şəffaf seçkinin nəticəsinə etiraz edərək bunu şişirdənlər müsavatçılıq ideyalarına hörmə etmirlər: “Bu təbliğatın partiyaya və təbliğatı aparanlara heç bir xeyri yoxdur. Müsavat Partiyası çox demokratik bir partiyadır. Ancaq nə qədər demokratik olsaq da, hər müsavatçıya bir başqan təyin edə bilmərik. VIII qurultay demokratik seçki nümunəsi ilə tarixə düşdü”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm