Nida.az
Daha bir istefa: “Müsavatçılara İqbal Ağazadəyə qulaq asdırmaq riyakarlıqdır”- Şok
Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas
partiyadan istefa verir.
Publika.az xəbər verir ki, Ə. Abbas bununla bağlı yaydığı bəyanatda bildirib ki, istefasına səbəb partiyada ikiüzlülüyün olması, siyasi səviyyəsizlik, qaragüruhun hegemonluğudur: “2011-ci ilin yanvar ayında Müsavat Partiyasına daxil olmuşdum. 2013-cü ilin noyabrından isə Müsavat Gənclər Təşkilatının sədrliyini edirəm. Bildirmək istəyirəm ki, partiyadan ayrılmaqla bağlı qərarım var və qarşıdakı həftənin ortasına kimi ayrılmaqla bağlı rəsmi prosedurları yekunlaşdıracağam”.
Daha sonra Ə. Abbas onu buna vadar edən səbəbləri açıqlayıb.
Bildirib ki, partiya içində siyasi səviyyəsiz, qaragüruh qanadın
hegemonluq qazanması nəticəsində Müsavatda hər-hansı normal siyasi
fəaliyyətin davam etdirilməsi praktik olaraq mümkünsüz vəziyyətə
düşüb.
“Bu qanadın böhtançı, mədəniyyətdən, insanlıqdan kənar, intriqaya,
səmərəsiz gərginliklərə meyilli davranışlarının nəticəsi olaraq
vaxtilə nəhəng bir partiya olan Müsavat bir xeyli ziyalı, nüfuzlu
insanın partiyadan ayrılması ilə siyasi ömrünün qaranlıq vaxtlarını
yaşayır. Bu qanadın əxlaq və insani dəyərləri unutmasının pik
nöqtəsi partiyanın 8-ci qurultayı ərəfəsində baş verdi. Mətbuatdan
ictimaiyyətin xəbərdar olduğu kimi açıq ya da gizli şəkildə sosial
şəbəkələrdə rəhbərləri və ilham mənbələri olduğu şəxslər tərəfindən
böhtanla, təhqirlərlə, hikkə ilə silahlandırılmış bu şəxslər
özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası qurmağa
çalışırlar. Qeyri-demokratik seçkilər (əslində təyinat) sonrası bu
adamların partiya rəhbərliyini ələ keçirməsi ilə sıraladığım siyasi
xəttin partiyanın rəsmi xətti olması mənim qərarıma təsir edən
faktorlardan biridir”, - deyə o bildirib.
Ə. Abbas qeyd edib ki, çoxlarınızın müşahidə etdiyi kimi bu gün
Müsavatın idarəçiliyini aparan şəxslərin partiyanın müxtəlif
səviyyələrində açıq və gizli şəkildə olan narahatçılıqlara
baxmayaraq prinsipial müxalifətçilik mövqeyindən sapdığı aydındır:
“Bu gün Müsavat Partiyasını Əli Əliyevin, Əhməd Orucun və sairə
hökumətin oyuncağı olan siyasi partiyaların tərəfinə dartılıb
aparılır və artıq bizim buna qarşı durmaq imkanımız yoxdur. Əgər
bir neçə il bundan öncə İqbal Ağazadə ilə müttəfiqlik onun hökumətə
bağlı olması səbəbi irəli sürülərək etiraz edilirdisə, bu gün
müsavatçılara onun çıxışını dinlətmək siyasi riyakarlıqdır. Səmimi
şəkildə mübarizəyə qoşulmuş insanların üzərindən siyasi biznes
qurulması prosesində hesab edirəm ki, iştirak etmək mənim öz
dəyərlərimə xəyanətim olardı. Mən öz şəxsi mənafeyim naminə heç
zaman mənə inanan, mənə güvənərək sədrlik səlahiyyəti verən
dostlarımı kiminsə biznesi xatirinə qurban vermərəm. Və bu
dediklərimin 2015 seçkiləri və ərəfəsində nə dərəcədə doğru olduğu
anlaşılacaq”.
Ə. Abbas Müsavatdan kənarda öz mübarizəsini aparacağını
açıqlayıb.
Asif Nərimanlı
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO