• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Fəzail Ağamalının partiyası seçkilərə hazırlaşır - FOTOLAR

  • Nida.az
  • 13 Oktyabr 2014 12:04
  • 512 Baxış
Fəzail Ağamalının partiyası seçkilərə hazırlaşır - FOTOLAR

Ana Vətən Partiyası (AVP) Gənclər Təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib.

Publika.az-ın məlumatına görə, partiyanın ofisində keçirilən iclasda bələdiyyə seçkilərinə hazırlıq, gənclərin sosial şəbəkələrdə aktivliyi və partiya sıralarına qəbulu məsələləri müzakirə olunub.

AVP Gənclər Təşkilatının sədri M.İbrahimov görülən işlərə dair hesabat verərək qarşıda duran vəzifələrdən bəhs edib.

Sədr partiya sıralarına gənclərin cəlb olunmasının, sosial şəbəkələrdə təbliğat işinin daha da gücləndirilməsinin vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Gənclər Təşkilatı İdarə Heyətinin üzvü Tünzalə İsmayılova da çıxış edərək bildirib ki, Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur.

Bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışırlar. AVP gəncləri də bu cür aktiv gənclərin arasından seçilməli və bələdiyyə seçkilərində akitiv iştirak etməlidirlər.

Müzakirə olunan məsələlər ətrafında geniş diskusiya keçirilib.

İclasın sonunda müzakirə olunan məsələlər üzrə iş bölgüsü aparılıb və müvafiq tapşırıqlar verilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR