“Deutsche Welle”: “Qafqaz cihadçıları Azərbaycan meşələrinə çəkilir”
Bizi izləyin

Nida.az

“Deutsche Welle”: “Qafqaz cihadçıları Azərbaycan meşələrinə çəkilir”

Qafqazda Suriya döyüşçülərinin evə qayıdışını həyəcanla gözləyirlər. Artıq “Qafqaz əmirliyinin” yaradılmasının reallığa çevrildiyi ehtimalı güclüdür.

Publika.az xəbər verir ki, Almaniyanın “Deutsche Welle” Suriya cihadının Qafqaza təsirini şərh edib.

Nəşr yazır ki, oktyabrın 6-da Dağıstanın Kirovaul kəndində xüsusi əməliyyat keçirilib. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, əməliyyat nəticəsində öldürülmüş Alidibir Aslundinov Suriyadan qayıdan mücahidlərdən biri olub.

Bu, ilk təcrübədir ki, cihadçılar “Suriya təcrübəsini” öz vətənində tətbiq etdilər. Bu hadisələrin təkrarlanacağı istisna edilmir.

“Memorial” Hüquq Müdafiəsi Mərkəzinin eksperti Aleksandr Çerkasov bildirir ki, son iki ildə Şimali Qafqazda qeyri-qanuni silahlı qruplaşmaların fəaliyyəti zəifləyib.

Müstəqil ekspert Murad Qukemuxov isə hesab edir ki, Qafqazda “İslam dövləti”nin yaradılmasına söykənən “Qafqaz əmirliyi” ideologiyası son dövrlər xeyli dərəcədə zəifləyib. Onun fikrincə, buna səbəb etnik qruplar arasındakı qarşıdurmadır.

“Bundan başqa, artıq bu qruplaşmalara tərəfdar axını zəifləyib. Bu, Qafqaz əhalisinin cihad ideologiyasına münasibətlərinin dəyişməsindən qaynaqlanır. Bir neçə il öncəyə qədər polis Qafqaz cihadçılarına barmaqarası baxırdı. İndi isə vəziyyət dəyişib. Amma bu qruplaşmaların və cihada söykənən ideologiyanın cəmiyyətə təsir etmədiyi demək deyil”, - deyə ekspert vurğulayıb.

“Qaynaq nöqtələr” proqramının koordinatoru Oleq Orlov isə bildirib ki, Qafqazda cihad etmək istəyənlərin ömrü 2-3 ay çəkir: “Onlar cihad qruplaşmalarına qoşulur və əməliyyatlara gedirlər. Bir neçə aydan sonra onlar öldürülür və bu, zaman-zaman belə təkrarlanır. Xüsusən gənclər buna qoşulur, amma mütəmadi yenilənmələr belə qruplaşamları güc mənbəyindən məhrum edir”.

Ekspert qeyd edib ki, bu qruplaşmaların üzvlərindən kim polisə könüllü sürətdə təmsil olursa, o bağışlanır və beləliklə, cihad qruplaşmaları zəifləyir.


Nəşr qeyd edir ki, məhz Qafqazda “cihadı” boğmaq burdakı cihadçıların Suriyaya üz tutmasına səbəb oldu.


Oleq Orlov bildirib ki, Qafqaz cihadçıları Suriyaya Azərbaycan və Türkiyə vasitəsilə gedir.


“Onlar Azərbaycana keçir, ordan müxtəlif adlar altında Türkiyəyə gedirlər. Türkiyəyə gedə bilənlər rahat şəkildə Suriyaya keçə bilirlər. Misal üçün bir neçə ay öncə Moskvada Timur Akiyev Türkiyədən valideyinlərinə “Mən Türkiyədəyəm, narahat olmayın” deyə mesaj göndərib. Üstündən bir ay keçəndən sonra onun Suriyada insanları “cihada səsləyən” videosu yayıldı. Lakin Azərbaycana keçən cihadçılar bəzən Türkiyəyə gedə bilmirlər və belə olanda onlar Azərbaycanın Şimal rayonlarındakı meşələrlə çəkilir, cihad işini orda aparırlar. Hələ ki, ciddi bir proses baş verməsə də, onların Azərbaycanla Dağıstan sərhədində qruplaşdığı haqqında informasiyalar var”, -deyə ekspert vurğulayıb.


Nikolay Silayev Qafqaz döyüşçülərinin Suriyaya üz tutmasını belə izah edir: “Yaxın Şərqdə vuruşmaq daha əlverişlidir. Onlar üçün islam dünyasından kənarda, daha soyuq, terrorizmlə sərt mübarizənin getdiyi Qafqazda cihad etmək əlverişli deyil.

“Karnegi” mərkəzinin eksperti Aleksey Malaşenko qeyd edib ki, Həştərxanda və Volqoqradda cihadçıların toplaşdıqları mərkəzlər var. Ekspertin sözlərinə görə, onlar burda “kalaşnikov” silahını asanlıqla əldə edirlər: “Onlar çox vaxt kiçik qruplar şəkilində fəaliyyət göstərirlər”.

“Deutsche Welle” qeyd edir ki, bu döyüşçülərin geri qayıdışı təhlükəsi var, hansı ki, belə təcrübələr yaşanıb. Onların geri qayıdışı təhlükə potensialını artırır. Bu gün Şimali Qafqaz və Azərbaycan “İslam dövləti”nin döyüşçü “verən” əsas mərkəzlərindəndir. Buna görə də opnların geri qayıtması bu ərazilər üçün cihad təhlükəsini aktuallaşdırır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm