Əli Əhmədov: “Bu, əlaqələrin genişlənməsinə təkan verəcək”
Bizi izləyin

Nida.az

Əli Əhmədov: “Bu, əlaqələrin genişlənməsinə təkan verəcək”

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.az-ın məlumatına görə, görüşdə YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev iştirak edib.

Görüşdə iki ölkə arasındakı əlaqələr və əməkdaşlıq məsələləri müzakirə olunub.

YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, bu səfər xalqlarımız və partiyalarımız arasında əlaqələrin genişlənməsinə təkan verəcək.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Vyetnamdan olan qonaq bildirib ki, Vyetnamda Azərbaycanı yaxşı tanıyır və hörmət edirlər.

Qonaq gələcəkdə ölkələr və partiyalar arasında əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm