Mübariz Qurbanlının mandatı ləğv edildi
Bizi izləyin

Nida.az

Mübariz Qurbanlının mandatı ləğv edildi

Mərkəzi Seçki Komissiyası (MSK) Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Yeni Azərbaycan Partiyası icra katibinin müavini, IV çağırış Milli Məclisin deputatı Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi məsələsini müzakirəyə çıxarıb.


Publika.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında komissiyanın katibi Arifə Muxtarova bildirib ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.

Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.
Mübariz Qurbanlı prosedura müvafiq olaraq MSK-ya müraciət edib.

MSK üzvü Akif Qurbanov bildirib ki, bununla Milli Məclisdə 5 yer boş qalacaq. O, MSK-nın bu yerlərə seçki keçirilməsi üçün təşəbbüslə çıxış etməsini zəruri sayıb.

M. Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm