Üç yeni Seçki Dairəsi yaradıldı
Bizi izləyin

Nida.az

Üç yeni Seçki Dairəsi yaradıldı

Azərbaycanda 3 yeni Seçki Dairəsi yaradılıb.


Publika.az xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının iclasında seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarına dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Seçki Məcəlləsinə uyğunlaşdırılması məsələsi müzakirəyə çıxarılıb.


Məsələ haqqında məlumat verən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, 6 Seçki Dairəsində dəyişiklik etməyə ehtiyac yaranıb. O, 4 dairədə seçicilərin sayı azaldığını, 2 dairədə seçicilərin sayının artdığını qeyd edib.

Sumqayıt, Abşeron və Xızı rayonlarını əhatə edən seçki dairələrinin yenidən təşkili və 3 yeni seçki dairəsinin (41, 44 və 50 saylı) yaradılması təklif edilib.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm