Yaqub Mahmudovdan Cəmil Həsənliyə SƏRT SÖZLƏR
Bizi izləyin

Nida.az

Yaqub Mahmudovdan Cəmil Həsənliyə SƏRT SÖZLƏR

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Milli Şuranın oktyabrın 12-də keçirdiyi aksiyaya və aksiyada qurumun sədri Cəmil Həsənlinin çıxışına münasibət bildirib.

Deputat Y.Mahmudov Publika.az-a açıqlamasında deyib ki, Milli Şuranın ötən gün keçirilən aksiyası dövlətin mənafelərinə xələl gətirən addım olub:

“Bizim Dağlıq Qarabağ kimi problemimiz var, torpaqlarımızın bir hissəsi işğal altındadır, qaçqınlarımız var. Ona görə də bizə milli birlik lazımdır. Məni çox narahat edən məqam ondan ibarətdir ki, Azərbaycanın Qarabağ problem müxalifət düşərgəsini maraqlandırmır. Ona görə də müxalifət düşərgəsi Qarabağ problemini törədənlərlə eyni mövqedə dayanırlar.

Bəzi xarici dairələr isə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarını (QHT) və siyasi partiyaları maliyyələşdirir. Axı nə qədər bu Vətənin əleyhinə getmək olar?

Hesab edirəm ki, müharibə vəziyyətində olan bir ölkədə mütləq birlik olmalıdır. Yəni, siyasi mövqeyindən asılı olmayaraq, hamı Vətən uğrunda çalışmalıdır.

Digər tərəfdən isə, Azərbaycanın inkişafını görmək lazımdır. Görün ötən 20 ildə Azərbaycan nə qədər dəyişib və inkişaf edib.

Ötən gün mitinq keçirənlər şəxslər gedib keçmiş Sovet İttifaqına daxil olmuş ölkələri də bir-bir gəzib, oradakı vəziyyətlə tanış olsunlar. O zaman Azərbaycan ilə o ölkələrinin arasında olan inkişaf fərqini görəcəklər”.

Y.Mahmudov qeyd edib ki, Azərbaycan müxalifəti Gürcüstan və Ukrayna hadisələrindən dərs almalıdır:

“Biz bütün dünyanın marağında olan ölkəyik. Müharibə vəziyyətində olan Azərbaycana öz torpaqlarını işğaldan azad etmək yaraşır. Uğurlarımıza kölgə salmaq və xarici düşmənlərlə birləşmək bizim xalqa yaraşmır. Çünki xaricdə olan düşmənlərimizin əksəriyyəti erməni lobbisinə bağlı adamlardır. Bütün bunlara görə də mən hər hansı aksiya və mitinqlərin keçirilməsinə çox pis baxıram və bunun əleyhinəyəm”.

Y.Mahmudov Milli Şuranın sədri Cəmil Həsənlinin də çıxışlarına münasibət bildirib:

“Mən Cəmil Həsənlinin və digərlərinin indi bu cür çıxışlar etməsinə çox pis baxıram. Şəxsi ədavətləri geniş meydana çıxarıb özümüzü biabır etmək gülüncdür.

Mən çox təəssüf edirəm Cəmil Həsənliyə. Biz vaxtilə Milli Məclisdə həmkar olmuşuq. Cəmil Həsənlinin ovaxtkı çıxışları ilə indiki çıxışları ziddiyyət təşkil edir. Gərək insanın sabit bir mövqeyi olsun.

Hər birimizin də mövqeyi Vətənin mövqeyi olmalıdır. Hamımız Vətənin mənafelərini qorumalıyıq. Dövlətimizin varlığını və müstəqilliyimizi qorumalıyıq.

Mən fəxr edirəm və qürur hissi keçirirəm ki, Azərbaycan prezidenti dünyada sayılıb-seçilən dövlət başçılarından biridir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm