Prezident 4 sərəncam, 1 fərman imzaladı
Bizi izləyin

Nida.az

Prezident 4 sərəncam, 1 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayb.

Sərəncama əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri təltif edilsinlər:

"Şöhrət" ordeni ilə

Seyidov Valeh Famil oğlu.
"Tərəqqi" medalı ilə
Abbasov Kamil Musa oğlu
Ələsgərov Faxrəddin Camal oğlu
Kəngərli Aqşin Nəsrulla oğlu
Kərimov Fərəc Kərim oğlu
Quliyev Ağalar Əliqardaş oğlu
Quliyev Nofəl Nəriman oğlu
Mustafayev Vasif Ağa Səməd oğlu
Rüstəmov Ədalət Əlşah oğlu
Sadıxov Qurban Qulam oğlu

***

Azərbaycan Prezidenti İlham Əliyev İbad Nəsirulla oğlu Əliyevə və Eldar Xanbaba oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə İbad Nəsirulla oğlu Əliyevə və Eldar Xanbaba oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

19:14

İlham Əliyev R.H.Abdullayevə və Ç.Ə.Məmmədova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, "Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Ramiz Həbibulla oğlu Abdullayevə və Çingiz Əjdər oğlu Məmmədova “Əməkdar mühəndis” fəxri adı verilsin".

***

Həmçinin Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalanıb.

Sərəncamlarda qeyd edilir: "Abşeron rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsin:

Cəbrayılov Fuad Höcətağa oğlu
Fərəcov Yalçın Abbasəli oğlu
Fətəliyev Nazim Lətif oğlu
Həmidov Xəyyam Famil oğlu
Həsənov Hüseyn Sovet oğlu
Kərimov Faiq Alməmməd oğlu
Məmmədova Məhəbbət Sabir qızı
Osmanova Hürü Bilal qızı
Vəliyev Yavər Şirin oğlu
Zeynalov Cavanşir Allahverdi oğlu".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm