Nida.az
Mübariz Qurbanlı: Yas qadağası Azərbaycanda yaşayan xristian və yəhudilərə də qoyulub
“Yas mərasimlərində israfçılığın aradan qaldırılması yalnız islam toplumuna şamil edilmir. Bu, bütövlükdə, cəmiyyətimizdəki digər dini icmalara da aid olan məsələdir. Xristianlar, yəhudilər və digər dinlərin nümayəndələrinin də bu tövsiyələrə əməl etmələri məqsədəuyğundur”.
Publika.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, görülən işlər artıq öz bəhrəsini verib və yas mərasimlərində israfçılıq, demək olar ki, aradan qalxır. Təşəbbüslər və tövsiyələr irəli sürüldükdən sonra bu sahədə xeyli dəyişikliklər müşahidə olunmaqdadır:
“Əgər bu gün monitorinq aparsaq, əksər bölgələrimizdə yas
mərasimlərində israfçılığın aradan qaldırıldığını görə bilərik. Bir
məsələni də xüsusi qeyd edim ki, bu tövsiyələr əksəriyyət
tərəfindən qəbul edilib. Bizim komitəyə gələn məktublar, KİV-də,
sosial şəbəkələrdə gedən diskussiyalar bir daha onu göstərir ki,
vətəndaşların böyük əksəriyyəti yas mərasimlərində ifrat
israfçılığın əleyhinədir”.
Komitə sədri qeyd edib ki, yerlərdə yas mərasimlərində ifrat
israfçılığın aradan qaldırılması yönündə vətəndaşlar özləri
addımlar atırlar. Burada hər hansı məcburilikdən söhbət gedə
bilməz: “Bu gün Azərbaycanda, xüsusilə dini maarifləndirmə
istiqamətində aparılan işlər demək olar ki, hər yerdə getməkdədir.
Bu yöndə mətbuatda dəyərli yazılara rast gəlirik. Bu məsələdə əsas
diqqət vətəndaşların öz istək və arzuları nəzərə alınmaqla
addımların atılmasına yönəlib”.
Gülnar Əliyeva
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?