Müsavatda “İntiqam” komissiyası təklifi - Şok
Bizi izləyin

Nida.az

Müsavatda “İntiqam” komissiyası təklifi - Şok

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy başqan Arif Hacılıya ironik təklif irəli sürüb.


Publika.az xəbər verir ki, S. Əlisoyun təklifinə görə, Arif Hacılı və komandası “İntiqam” komissiyası yaratsın.


“Arif Hacılı Məclisi yeni bir komissiya yaratsa, yerinə düşər. Ortaya ciddi faktlar qoyulur, cavab vermək əvəzinə təhqir kampaniyası başlayır. Arif Hacılının dəstəsinin durması mümkün deyil. Gənclərlə işi “uğurla” bitirə bildilər. Sırada, deyəsən, Ellada xanım və Vurğun Əyyub dayanır.

Talışxanlı demişkən, növbədə çox ziyalı var hələ. Qırmızı xətt-filan tanımadan ömrünün 20-25 ilini mücadiləyə sərf etmiş insanların üstünə gedirlər. Bu zatlardan biri ilə təsadüfən görüşdük, söhbət əsnasında “yazdıqlarını bir dəfə valideynlərinə göstər, sonra davam et, dedim”. Qayıtdı ki, “qalibləri mühakimə etmirlər, bəy”. Zatən, bu cavabdan savayı bir şey də gözləmirdim. Artıq ox yaydan çıxıb və belə bir durumda Arif Hacılının məclisi dəstənin ən bərk gedən təhqirçilərindən və qoluzorlulardan ibarət bir “İntiqam” komissiyası yaratsa, yaxşı olar. Kim bir tənqidi fikir söyləsə, bu komissiya dərhal onu cəzalandırmalıdır.

Analitik mərkəzə artıq ehtiyac yoxdur, bunun əvəzinə “İntiqam” komissiyası yaranmalıdır”, - deyə S. Əlisoy bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm