• USD 1,7001 -0,01% EUR 2,0000 -0,14%
    • GBP 2,2421 -0,52% RUB 0,0297 0,00%

“İslam müxalifəti” iddiası kimə sərf edir?- NATO analitiklərinin məxfi Bakı səfəri

  • Nida.az
  • 14 Oktyabr 2014 16:10
  • 492 Baxış
“İslam müxalifəti” iddiası kimə sərf edir?- NATO analitiklərinin məxfi Bakı səfəri

Azərbaycanda “islam müxalifəti” fikirlərini siyasi müxalifət Qərbə mesaj olaraq gündəmə gətirir.


Bu barədə Publika.az-a açıqlamasında vaxtilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışmış ekspert Elçin Əsgərov qərbli analitiklərin “Azərbaycanda “islam müxalifəti” yarana bilər” iddialarına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, bu fikir hələ 3 il öncədən var idi: “2011-ci ildə hicab aksiyaları zamanı bu fikirlər gündəmə gətirildi. Bunu da siyasi müxalifət ortaya atmışdı. Qərbə bunu göstərməyə çalışırdılar ki, siz bizə dəstək verməsəniz, biz hakimiyyətə gəlməsək, yerimizi dindarlar tutacaq. Lakin qərblilər bununla razılaşmadılar. O vaxt NATO-nun analiz mərkəzi və “Böhran” qrupundan nümayəndələr Bakıya gəlmişdi. Onlar bu iddiaların nə dərəcədə doğru olub-olmamasını yoxlamaq istəyirdilər. Mən də onlarla görüşdüm, bildirdilər ki, belə bir tendensiya, təhlükə yoxdur, çünki islamçıların siyasi müxalifətə çevrilməsi üçün sosial baza yoxdur. Narazılıqlar var, amma bu, potensial baxımından zəifdir”.


E. Əsgərov qeyd edib ki, o, hazırda belə bir təhlükəni görmür.

“Ümumi mənada belə təhlükələr zəif də olsa, həmişə var. Amma konkret olaraq hazırda bu görünmür. İndi belə bir iddianın ortaya atılması da Qərbə mesajdır. Ortaya çıxan əsas versiya budur. Yaxud da kimsə səhv analizlər aparır. Çünki Azərbaycanda dindar təbəqə də cəmiyyətin üzvüdür və onları yalnız dini məsələlər deyil, digər məsələlər də narahat edir. Digər tərəfdən, dindarlar arasında aktiv İslam düşüncəsi ilə yaşayanlar da kifayət qədər deyil. Buna görə də belə bir iddianın əsası yoxdur. Bu daha çox siyasi müxalifətin Qərbə mesajıdır. Bu proseslər başqa ölkələrdə də olur. Misal üçün, Tunis prezidenti zaman-zaman bu məsələni gündəmə gətirərək Qərbə mesaj verirdi ki, əgər ona dəstək verməsələr, dindarlar güclənə və hakimiyyətə gələ bilərlər”, - deyə ekspert vurğulayıb.


Qeyd edək ki, “Karnegi” fondunun Qafqaz üzrə eksperti, britaniyalı politoloq Tomas de Vall BBC-yə müsahibəsində Azərbaycanı gözləyən risklərdən danışıb. Ekspert belə risklərdən biri kimi, dini radikallığı göstərib.

“Bu radikal qrupun Azərbaycan siyasi səhnəsinə keçməsi təhlükəsi var.
Hansı ki, bu gün onların bir çoxu Suriya və İraqda İŞİD tərkibində vuruşurlar. Onlar bir gün evə qayıdacaqlar”,-deyə britaniyalı jurnalist qeyd edib.


Bu, son günlər səslənən ikinci belə həyəcanlı ehtimaldır. Bundan öncə, Avropa İnstitutunun əməkdaşı Nadani Fridrixson Azərbaycanda “müsəlman müxalifət” təhlükəsini qabartmışdı.


Ekspert bildirirdi: “Müsəlman müxalifətinin əsasını Suriya çevrilişində iştirak edən, indi isə evə qayıdan “cihadçı” azərbaycanlılar təşkil edə bilər. Bu baxımdan, partlayış təhlükəsi olan regionlara Azərbaycanı daxil etmək mümkündür”.


Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>