Oqtay Əsədov Vyetnam kommunistlərini qəbul edib
Bizi izləyin

Nida.az

Oqtay Əsədov Vyetnam kommunistlərini qəbul edib

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsi Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisdən Publika.az-a verilən məlumata görə, sədr bildirib ki, Azərbaycan Cənubi-Şərqi Asiya ölkələri, o cümlədən Vyetnamla əməkdaşlığın inkişafına böyük önəm verir: “Münasibətlərimizin dərinləşməsində yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin bu ilin mayında Vyetnam Sosialist Respublikasına dövlət səfəri əlaqələrimizin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Hələ sovetlər dönəmindən ölkələrimiz arasında dostluq münasibətləri yaranıb. Vyetnam xalqının lideri Xo Şi Minin ölkəmizə səfərini azərbaycanlılar yaxşı xatırlayırlar. Bu gün müstəqil Azərbaycanla Vyetnam arasında 6 hüquqi sənəd imzalanıb, 10-u isə baxılmaq üzrədir. Bütün bunlar əlaqələrimizin möhkəm zəmində daha da inkişafı üçün yeni perspektivlər açır. Biz Azərbaycanın iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında yaranmış əməkdaşlığı təqdir edirik”.

O. Əsədov deyib ki, vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislər ölkələrinin inkişafına öz töhfələrini verməkdədirlər: “Biz Vyetnam parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasını müsbət dəyərləndiririk”.

O. Əsədov iqtisadi münasibətlərdən söhbət açaraq, ötən il ölkələr arasında ticarət dövriyyəsinin 307 milyon ABŞ dolları həcmində olduğunu söyləyib: “Biz gələcəkdə bu göstəricini yüksəltmək niyyətindəyik. Ümidvarıq ki, ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoq iqtisadi, mədəni, humanitar sahələrdə qarşıya qoyulan hədəflərə çatmaq üçün mühüm rol oynayacaq”.

Le Honq Anh isə Azərbaycan iqtisadiyyatının son illərdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O qeyd edib ki, Vyetnam Azərbaycanla həyatın müxtəlif sahələrində əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Le Honq Anh vyetnamlı tələbələrin Azərbaycanda təhsil almasının Vyetnam iqtisadiyyatı üçün əhəmiyyətli olduğunu bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm