Milli Məclisin deputatları Brüsselə gedir
Bizi izləyin

Nida.az

Milli Məclisin deputatları Brüsselə gedir

Milli Məclisin deputatı, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Elxan Süleymanov oktyabrın 15-də Belçikanın Brüssel şəhərinə səfərə yola düşəcək.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Elxan Süleymanov Avronest PA-nın Büro iclasında iştirak eedəcək.

İclasda qurumun cari və gələcək fəaliyyəti ilə bağlı müzakirələr keçiriləcək, təkliflərə baxılacaq. Bir sıra təşkilati məsələlər gündəmdə olacaq. Avropa Parlamentini Avronest PA-da təmsil edəcək yeni deputat heyəti Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinə təqdim ediləcək. IV plenar sessiyaya hazırlıq işləri görüləcək. Bu ilin oktyabr-noyabr aylarında Ukraynada və Moldovada keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Deputatımız Büro iclasında müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.

Səfər oktyabrın 17-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm