Nida.az
Ellada Məmmədli: “Arif Hacılı sevgisi altında mənfəətpərəstlər Müsavatı dağıdır”
“Qurultayda Qubad İbadoğlunu dəstəklədiyim üçün məni istefaya çağırırlar”.
Bunu Publika.az-a açıqlamasında Müsavat Qadınlar
Birliyinin sədri Ellada Məmmədli sosial şəbəkələrdə yayılan
çağırışlara münasibət bildirərkən deyib.
E. Məmmədli bildirib ki, MGT sədri Əhliman Abbasın istefasından
sonra onu da istefa verməyini istəyirlər: “Yazırlar ki, Müsavatda
MGT və MQB var. Əhliman Abbas getdi, o biri də getməlidir. Çünki
mən Qubad bəyi dəstəkləmişəm. Demokratiya deyilmi? Mən də öz azad
hüququmdan istifadə edərək, öz namizədimə səs vermişəm. Amma arxa
planlada başqa oyunlar gedir. Vaxtilə mən Qadınlar Birliyinə Arif
Hacılının razılığı olmadan səs çoxluğu ilə seçilmişdim, amma onun
öz namizədi var idi. Buna görə də mənə qarşı belə kampaniya
aparılır. Lakin mənim getmək fikrim yoxdur, mübarizəni partiyada
qalmaqla davam edəcəm”.
Sosial şəbəkələrdə Müsavatın “gizli qrupu”ndakı təhqirlərə
münasibət bildirən E. Məmmədli bildirib ki, müsavatçı gənc alimi
təhqir etməyin bir açıqlaması olmalıdır: “Allahı sevənlər
Allahsızlıq etməz. Hər iki statusdan birini Qubad bəy və
tərəfdarlarının əleyhinə yazırlar. Bu qədər kin kimə və niyə
lazımdır. Ayıb deyilmi?”
MQB sədri bildirib ki, “Arif Hacılı” sevgisi adı altında müsavatı
dağıdırlar.
“Müstəqil düşüncəli insanlar müstəqil olaraq da hərəkət edirlər.
Raufun, Elçinin, Rasimin, Cavidanın və adlarını saya bilmədiyim
digər gənclərlə yanaşı, Əhlimanın da verdikləri tələsik bəyanata
çox üzülürəm. Onların bu addımına “Gizli qrupun” təsiri böyük rol
oynayıbdır. Baxın, bu gün gəncləri uğurlayan da, arxalarınca
şər-böhtan yağdıran da həmin qrupun üzvləridir. Onlara gizli
şəkildə göstəriş verilibdir. Övladları, nəvələri yerində olan
gənclərə hədyan deməkdən də çəkinmirlər. “Arif Hacılı” sevgisi adı
altında gizlənən siyasi mənfəətpərəstlər, karyeristlər partiyanı
dağıtmaqda maraqlıdırlar”, - deyə E. Məmmədli bildirib.
Asif Nərimanlı
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO