Kremlin İŞİD-ə qarşı müharibəsində azərbaycanlı faktoru: “İsanın təlimi” necə yayılacaq? – TƏHLİL
Bizi izləyin

Nida.az

Kremlin İŞİD-ə qarşı müharibəsində azərbaycanlı faktoru: “İsanın təlimi” necə yayılacaq? – TƏHLİL

Rusiya qeyri-ənənəvi islama qarşı mübarizəyə başlayır.


Publika.az xəbər verir ki, Rusiya Baş prokurorluğu bununla bağlı Dövlət Dumasına müraciət edib.

“Nezavisimaya qazeta” nəşri yazır ki, Baş prokurorluq Dumaya müraciətində bildirib ki, vəziyyəti düzəltmək lazımdır. Tezliklə buna qarşı yeni qanun layihəsi işlənə bilər.

Rusiya baş prokurorunun müavini Viktor Qrin Federasiya Şurasında çıxışı zaman xarici mədrəsələrdə təhsil alıb geri qayıdan tələbələr haqqında danışarkən bildirib ki, onlar təkcə dini ekstremizmin ideolqu deyil, həm də sosial ünsiyyət və ümumvətəndaş davranışının normasını Rusiya üçün qeyri-tipik şəkildə dəyişdirirlər.

Qrin hökumətin dini təhsillə bağlı tədbir görməsinin vacibliyini qeyd edib.

Problemin həllinə yanaşmalar müxtəlifdir. Misal üçün, Rusiya Kommunist Partiyasının Dumada təmsil olunan deputatları təklif edirlər ki, dini təhsillə bağlı layihələri müsəlman ruhanilərinin iştirakı ilə hazırlansın.

“Ədalətli Rusiya” fraksiyasının nümayəndəi Mixail Yemelyanov sərt qanuni tədbirlərin görülməsi təklifini irəli sürür.

Vladimir Jirinoviskinin lideri olduğu Rusiya Liberal-Demokrat Partiyasının üzvü Nil Yaroslav bildirib ki, Qətər və Səudiyyə Ərəbistanı radikalizmi təbliğ edir və bu ölkədə təhsil alan daha çox Şimali Qafqazdan olan müsəlmanlar Rusiyaya ekstremizmi gətirirlər: “Onlar Rusiya qanunlarına zidd şəkildə öz ideologiyalarını yaymaqla məşğuldur”.

Karnegi Mərkəzinin direktoru Aleksey Malaşenko bildirib ki, bu problem 20 ildir mövcuddur və bu müddət ərzində hökumət həll yolunu tapa bilmir. Onun sözlərinə görə, xaricdə ərəb dili daha yaxşı keçilir və islam dərsi daha yüksək səviyyədə verilir.

Lakin ən diqqət çəkəni Rusiyanın İslama qarşı xristianlığın geniş yayılmasının təklif edilməsidir. “Nezavisimaya qazeta” qeyd edir ki, bu fikir vaxtilə də var idi və bu gün Rusiya üçün təhlükəli olan dini ekstremizmə qarşı istifadə məqsədilə yenidən aktullaşır. Bu proses xüsusilə MDB məkanı və post-sovet ölkələrindən Rusiyaya gedən miqrantlar üzərində aparılması nəzərdə tutulur.

Xristianlığı qəbul etməyən miqranta iş yoxdur

Qeyd edək ki, ötən il Rusiyanın Ural Universitetinin mütəxəssisləri “İş axtarışında və iş seçimində işçilərin dini inancının təsiri” adlı tədqiqat aparmışdı. Araşdırmada məlum olub ki, dini təmayüllərin iş axtarışlarına da təsiri var. Belə ki, dinindən asılı olaraq insanlar müxtəlif işlərə yönələ bilərlər. Bura işçinin mənsub olduğu dinə yaxın yerə üz tutması, yaxud işəgötürənin dini mənsubluğa üstünlük verməsi daxildir.

Son 20 ildə SSRİ dağılandan sonra əhalinin çox hissəsində cəmiyyət və iş haqqında arxaik və dini təsəvvürlər artıb. Dini inanclar sonradan əmək bazarına da təsir göstərib və bazarlarda insanların davranışlarında öz əksini tapır. Mütəxəssislər qeyd edirlər ki, bu cür tədqiqat Rusiya üçün tipik deyil. Bu mövzunun hazırlanması da yaxın vaxtlarda başlanıb. İngilisdilli elmi cəmiyyət isə uzun müddətdir bu məsələ ilə məşğul olur. Maks Veberanın “Protestant əxlaqı və kapitalizmin ruhu” cəmiyyətinin iqtisadi inkişafı ilə dinin əlaqəsi haqqında əsas iş hələ XX əsrin başlanğıcında yazılmışdı.
Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistandan olan 6012 nəfər arasında aparılan sorğuda məlum olub ki, SSRİ-nin dağılmasından sonra dini oriyentlərin dəyişməsi baş verib. Belə ki,
təkcə bölünən dini doktrinalar deyil, həm də “dünyəvi” xristianlıq- Erməni apostol kilsəsi və Gürcü pravoslav kilsəsi də bazarda işçilərin dini dəyərlərinə İslamda az əhəmiyyət vermirlər.

Tədqiqatda bildirilir ki, müsəlmanlar işçinin əsasən təhsilə, bacarığı və kömək lazım olan insanlara üstünlük verirlər. İşçinin yaş və xarici görünüşü, həmçinin uğurlu cəhətləri də əhəmiyyətlidir.

Erməni apostol kilsəsinin nümayəndələri yaş və xarici görünüşə diqqət yetirsələr də, istedadın və uğurlu cəhətlərin olmasını yüksək qiymətləndirirlər. Gürcü pravoslav kilsəsinə mənsub olanlar əksinə uğuru daha çox qiymətləndirirlər, həmçinin, peşəkarlığı və qabiliyyəti də gözardı etmirlər. Tədqiqatın nəticələrinə görə, bu gün Rusiya bazarlarında dini təmayülə yetərincə diqqət yetirilir və işə götürmədə bu üstünlük təşkil edir.

“İsanın təlimi”ni necə yayacaqlar?

Dünyanın dini ekstremizmə qarşı mübarizəsi fonunda Moskva patriarxının MDB-də qeyri-xristian xalqlar arasında “İsanın təlimi”ni fəal şəkildə yaymaq niyyətini açıqlaması diqqət çəkir. Bununla bağlı müqəddəs sinodun bir müddət öncə iclasında “Rus provaslav kilsəsinin müasir xaricisi missiyası” haqqında sənəd də qəbul edilmişdi. Rus kilsəsi bu ölkəyə qazanc arxasınca gələn miqrantlar arasında xristian dinin yayılması missiyasını aparıb. Misal üçün ötən il miqrantların dil və mədəni uyğunlaşmasına həsr edilmiş Rus Pravoslav Kilsəsi və federal Miqrasiya Xidmətinin birgə layihəsi prezident qrantını ala bilib. Xüsusilə müsəlman ölkələrindən olanlar arasında aparılan bu iş istənilən effekti vermir, səmərəsiz olması ilə yanaşı, bəzi hallarda neqativ nəticələrə də səbəb olur..
Lakin yeni sənəddə “xarici missiya” olaraq göstərilən bu istiqamət Rusiyaya gələnlər arasında deyil, bu ölkənin sərhədlərindən kənarda aparılacaq.

Sənəddə göstərilir ki, “müxtəlif inanc tərəfdarları və müxtəlif dünyagörüş daşıyıcıları - bura həm dindarlar, həm də qeyri-dindarlar, yəni dünyəvilər daxildir- kiləsinin əsas hədəfidir. Bu fəaliyyətin nəticəsi olaraq kilsəyə yeni üzvlər qoşulmalıdır. Bununla yanaşı, planlaşdırılan fəaliyyət Rus Pravoslav Kilsəsinin təsir ərazisində daxil olan ölkələrin qeyri-xristian əhalisinin arasında da aparılacaq.

Rus Pravoslav Kilsəsinin Sinod informasiya bölməsinin İnformasiya-analitik idarəsinin (idarə etməsinin) başçısı Vaxtanq Kipşidze “Nezavismaya qazeta”ya açıqlamasında deyib ki, burda Orta Asiya regionu və Çin xüsusi yer tutur. Eyni zamanda, “missiya” anlayışları arasında incə bir hədd və “prozelitizm” (öz dininə döndərməyə çalışmaq-red) mövcuddur. Yəni başqa dinlərdə olanları öz tərəflərinə çəkməlidir.

Sənəddə qeyd olunur ki, Rus Pravoslav Kilsəsi öz missioner fəaliyyətində “müasir kontekstdə prozelitizm anlayışı” kimi metodlardan istifadə etmir.
V. Kipşidzenin sözlərinə görə, “prozelitizm” Kilsələrin Ümumdünya Məsləhət Şurası (VSS) çərçivəsində təyin edilir və bu vasitələrdə maddi amildən istifadə, təhsil məsələləri və ya öz dini inamları haqqında azad seçim edə bilməyən vəziyyətlərdə olan insanları cəlb etmə kimi metodlar birləşir.

Belə ki, “prozelitizm” prosesində metodlar müxtəlifdir: KİV vasitəsilə açıq xütbə, konsert zallarında çıxışlar, stadionlarda təbliğat, ədəbiyyatın yayılması, gənclərin təhsilinin maliyyələşdirilməsi, geniş formada humanitar yardımların göstərilməsi kimi vasitələr.

“Rus pravoslav kilsəsinin xarici missiyasının inkişaf istiqamətləri” və ya Daniil Sısoyev niyə öldürüldü?

Bu metodlar Kilsələrin Ümumdünya Məsləhət Şurasının müəyyən etdiyi metodlardır. Rus Pravoslav Kiləsi isə özünəməxsus metodlardan istifadə etmək niyyətindədir. Bu metodlar sənəddə “Rus pravoslav kilsəsinin xarici missiyasının inkişaf istiqamətləri” adı altında qeyd olunur. Belə ki, bura pravoslav ədəbiyyatın tərcüməsi, qeyri-xristian xalqların dillərində xristianlıqla bağlı audio və videomaterialların hazırlanması, yerli dillərdə ibadətlərin edilməsi, pravoslavlıqla maraqlananlarla iş aparmaq, uşaq dairələri ilə işləmək, sosial dəstək qrupları yaratmaq, yerli sakinlər arasında böyüklər üçün maarifləndirici kursların təşkili, məbədlərlə bağlı fotosərgilər, həmçinin müqəddəs yerlərə ekskursiyaların keçirilməsi, yerli əhalinin inteqrasiyası kimi metodlar daxildir. Sənəddəki proqramlar və yeni icmaların yaradılması məsələlərində VSS-nin
tövsiyələrinə zidd məqamlar var.

Prozelitizmin Moskvada fəaliyyət göstərən Mərkəzi elmi Şurasının üzvü Karneqi Aleksey isə hesab edir ki, bu proqram yerli əhali üçün praktiki olaraq eynidir.

“Mən Rus pravoslav kiləsinin Mərkəzi Asiyada qeyri-rus əhalisinin arasında missiyanı necə aparacağını çətin təsəvvür edirəm. Məncə, burda şanslar sıfıra bərabərdir. Hətta Mərkəzi Asiyadan olan miqrantlar arasında işləyərkən də şanslar az idi, hansı ki, bu qurbanlara da gətirib çıxartdı”- deyə K. Aleksey bildirib.

Onun fikrincə, belə bir missiya yerli müsəlman ruhaniləri, eləcə də hökumət tərəfindən qəbul edilməyəcək, nəticə etibarilə etirazlara səbəb olacaq: “Həqiqətən də Moskvada miqrantlar arasında aparılan rus kiləsinin təcrübəsi faciəvidir. Dörd il öncə Pravoslav missionerlər məktəbinin banisi keşiş Daniil Sısoyev öz xütbəsinə görə, miqrant müsəlmanlar tərəfindən öldürülmüşdü. Düzdür hazırda miqrantlar arasında iş yenə də davam edir, amma bu əvvəlki kimi fəal deyil”.

Rusiyanın MDB-ni xristianlaşdırma siyasəti

Bu baxımdan, aparılan sosial sorğu və gəlinən nəticələrin Rusiyanın miqrantlar arasında dini siyasətini hansı istiqamətdə inkişaf etdirməsinə hesablanmış olduğunu ehtimal etmək olar. Ehtimal etmək olar ki, Rusiya bununla bazarlarda çalışan qeyri-rusların dini təmayüllərini öyrənmək və buna görə hərəkətə keçmək niyyətindədir. Belə ki, hər bir xalqın Rusiyadakı nümayəndələrinin iş həyatında dinə nə qədər üstünlük verdiyi haqqında yükün təəssürata malik olunur və onlara din üzərindən sirayət edilir. Digər tərəfdən, dini təmayülə görə işə götürmək məsələsini xeyli ictimaiyyətləşdirməklə sosial təbəqələşmə aparılır. Gələcəkdə çox güman ki, Moskva Pravoslav Kilsəsinin xətti ilə miqrantların xristianlığa dəvətində bu amil də istifadə oluna bilər. Təsəvvür edin ki, Azərbaycandan Rusiyaya iş arxasınca getmiş birisi xristian olmadığı üçün işə qəbul edilmirsə, ondan ən azından dini tərəddüd yarana bilər. Hətta xristianlığı da qəbul etməsi gözləniləndir.

Bununla yanaşı, nəzərə alınmalıdır ki, bu gün qafqazlılar Rusiya iqtisadiyyatında kifayət qədər cəlbedici paya malikdir. Bu ruslara nə qədər xeyir versə də, onların düşüncəsində görə, “qara millət” buna layiq deyil və bu düşüncənin təzahürü olaraq da, dəflərlə miqrantların ölkədən çıxarılması tələb olunub. Burdan gəlinən nəticə belədir ki, Rusiya hökuməti bununla həm dini siyasətini yerinə yetirir, həm də yerli əhalinin ehtiraslarını söndürür. Son olayların fonunda bütün bunları ehtimal etmək və gözləmək mümkündür.

Digər tərəfdən, Rusiya öz torpaqlarında olan İslam təmayüllü miqrantların dini ekstremizmə meyillənməsinin də qarşısını almış olar. Hansı ki, bir sıra beyin mərkəzləri bu gün İŞİD terror qruplaşmasının təhlükə yarada biləcəyi ölkələr arasında Rusiyanı ilk sıralarda göstərir.

Bu arada Rusiya və Qazaxıstan ekspertlərinin İŞİD-ə qarşı mübarizədə Azərbaycanı onlarla birlikdə olmağa çağırması da təsadüfi deyil. Görünür, Kreml dini müstəvidə apardığı siyasəti şaxələndirməyə çalışır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm