• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Nobel Sülh Mükafatı"na ölkəmizdən ən layiqli namizəd Mehriban Əliyevadır

  • Nida.az
  • 15 Oktyabr 2014 13:56
  • 450 Baxış
“Nobel Sülh Mükafatı"na ölkəmizdən ən layiqli namizəd Mehriban Əliyevadır

“Nobel Sülh Mükafatına ölkəmizdən ən layiqli namizəd ölkənin birinci xanımı Mehriban Əliyevadır. Çünki Mehriban xanım dünya səviyyəsində təhsilə, elmə, mədəniyyətə kömək edən bu sahədə müstəsna xidmətləri olan insandır. İstərdim ki, bütün ölkə bu təbliğatda iştirak etsin və bu təklifi dünya səviyyəsinə qaldıraq”.

Bunu Publika.az-a açıqlamasında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, “Kimya üzrə Nobel mükafatı laureatları” kitabının müəllifi akademik Vaqif Abbasov deyib.

V.Abbasov qeyd edib ki, Nobel mükafatının verilməsinin prosedur qaydalarında sərtlik var. Orada siyasi baxışlardan tutmuş iqtisadi maraqlara qədər müxtəlif baxışlar var. Namizədləri keçmiş Nobel mükafatçıları, dünya səviyyəli komitələr təklif edə bilər. Ona görə də bu sahədə müəyyən çətinliklər var.

“Lakin sülh mükafatına həm haqqımız var, həm də əminliklə M.Əliyevanı namizəd kimi irəli sürə bilərik. Mədəniyyətimizin dünyaya tanıdılmasında M.Əliyevanın rolu böyükdür. Bundan başqa, mədəniyyətlərarası dialoqun formalaşdırılmasında böyük əməyi var”.

V.Abbasov mükafatın verilməsi şərtlərinə də toxunub və bildirib ki, M.Əliyevanın gördüyü işlər həmin tələbələrə uyğundur:

“Bu mükafat 100 milyonlarla insanların idarə olunduğu siyasi sistemlərin barışığa getməsinə imkan yaradanlara, ölkəsində uzun müddət azadlıq hərəkatında iştirak edənlərə verilib. Bu gün dünyanın mənzərəsi dəyişib və multimədəniyyətlərin itməsi prosesi gedir. Ölkələrin çoxunda çoxmədəniyyətlilik formalaşıb, bu da daxili mədəniyyətin gərginləşməsinə səbəb olur. Həmin proseslər dövlətlərarası münaqişə ilə nəticələnir. Bu mənada Mehriban xanımın gördüyü işlər sonsuz, əvəzsizdir. Azərbaycana yüzlərlə məktəbin açılması, məktəbəqədər təhsilin yüksək səviyyədə bərpası müqayisəolunmaz addımlardandır.

Ən azından çalışmalıyıq ki, ən nüfuzlu insanımızın həmin nominasiyada namizədliyi qəbul olunsun. Namizəd irəli sürülməzsə, dünya bu işlərdən necə xəbər tuta bilər?

Əminəm ki, bu məsələni qaldırsaq, dünyanın bir çox ölkələri bizə dəstək olacaq. Bu yaxınlarda M.Əliyevanın Afinada çıxışı dünyada əks-sədaya səbəb oldu. Bu istiqamətdə Beynəlxalq Təşkilatlarda olan nüfuzumuzdan istifadə etməliyik. Sülh mükafatının verilmə şərtlərində elmi əsasların olması əsas tələblərdəndir. M.Əliyevanın bütün işləri elmi əsaslarladır”.

Xatırladaq ki, “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı bu gün mətbuatda “Azərbaycanı görün...” adlı geniş məqalə ilə çıxış edib.

Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Nobel Sülh Mükafatına ən layiqli namizəd olması qeyd olunur.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR