Aslan İsmayılov: “Müsavat yeni seçki keçirməli, başqan yeni sima olmalıdır”
Bizi izləyin

Nida.az

Aslan İsmayılov: “Müsavat yeni seçki keçirməli, başqan yeni sima olmalıdır”

Tanınmış vəkil Aslan İsmayılov Müsavatda yeni seçkinin keçirilməsini təklif edib.


Publika.az xəbər verir ki, A. İsmayılov bildirib ki, yeni seçkidə nə Arif Hacılı, nə də Qubad İbadoğlu iştirak etməlidir: “Partiyanın az qala bərabər sayda əks-cinahlara çəkilməsini nəzərə alaraq yeni seçkilər keçirilməli və bu seçkilərdə nə Arif Hacılı, nə də Qubad İbadoğlu iştirak etməlidir. Daha yaxşı olardı ki, seçiləcək şəxs yeni sima olsun. Bu seçkilərdə partiyanın bütövlüyü və gələcəyi naminə mən filan ildən partiyadayam, bu qədər həbsdə yatmışam, mitinqlərdə döyülmüşəm kimi arqumentlər əsas olmamalıdır!”.


A. İsmayılov qeyd edib ki, baş verənlərdən öz mənfəəti üçün istifadə etmək istəyən heç kimə bəraət qazandırmaq mümkün deyil.


“Müsavat partiyasında barış yaratmaq üçün, konfliktən çıxış yolu tapmaq üçün hər kəs əlindən gələni etməli, müsavatçılar isə KİV-lərdə, sosial şəbəkələrdə bir-birinə qarşı maksimum dözümlü yanaşmalı və istənilən əsaslı və ya əsassız ittihamdan çəkinməlidirlər. Bütün mübahisələr partiya daxilində müzakirələr və demokratik yolla həll olunmalıdır”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm