Milli Şuradan istefa: Sabir Rüstəmxanlını da tərk edəcək
Bizi izləyin

Nida.az

Milli Şuradan istefa: Sabir Rüstəmxanlını da tərk edəcək

Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü, VHP sədrinin müavini Arif İsmayılbəyli Milli Şuradan istefa verdiyini açıqlayıb.


Publika.az xəbər verir ki, Arif İsmayılbəyli “facebook” səhifəsində bu barədə məlumat verib. O, partiyadan getməsini və siyasi fəaliyyətə xitam verəcəyini də istisna etməyib: “Səhhətimdə bir müddət əvvəl yaranmış problemlərin ard-arda kəskinləşməsi fəal iş rejimində çalışmağıma, siyasi fəaliyyət göstərməyimə çox vaxt maneçilik törədir. Bu proseslər bəzən mənim üçün diskomfort şəraitin yaranmasına gətirib çıxarır. Bu gündən hal-hazıra qədər özümün şəxsi razılığımla üzvü olduğum Milli Şura üzvlüyündən azad olunmağı məqsədəuyğun sayıram. Onsuz da bu qurumun axır vaxtlarda keçirdikləri heç bir tədbirə qatıla bilmirdim. Üzvü olduğum və rəhbərliyində təmsil olunduğum VHP-də (həm Siyasi Şura üzvü, həm sədr müavini) təmsilçiliyimə isə çox güman ki, yaxın zamanlarda aydınlıq gətirəcəyəm. Məni aydın başa düşəcək əqidə dostlarımın hamısına qabaqcadan minnətdarlığımı bildirirəm”.


Qeyd edək ki, Arif İsmayılbəyli 2003-cü ildən siyasi fəaliyyətini Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasında davam etdirir.

VHP Məclisinin sədri, Milli Şura üzvü Rafiq Manaflı Publika.az-a açıqlamasında Arif İsmayılbəylinin istefasına belə münasibət bildirib: “VHP Milli Şurada fərdi qaydada təmsil olunur. Buna görə də hər kəs qurumdakı fəaliyyətindən özü məsuliyyət daşıyır. Arif bəylə uzun illər bir yerdə mübarizə aparmışıq, onun necə insan olduğunu da bilirik. Onun getməsindən sadəcə təəssüflənirik”.


VHP rəsmisi A. İsmayılbəylinin partiyadan getmək istəyini də anlayışla qarşıladıqlarını deyib. Lakin bacardıqları qədər bunun qarşısını alacaqlarını açıqlayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm