• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mübariz Qurbanlı: “Bəzi siyasi təşkilatlar uğursuzluğu uydurmalarla ört-basdır edirlər”

  • Nida.az
  • 15 Oktyabr 2014 18:29
  • 324 Baxış
Mübariz Qurbanlı: “Bəzi  siyasi təşkilatlar uğursuzluğu uydurmalarla ört-basdır edirlər”

“Yeni Azərbaycan Partiyası seçkilərə həmişə hazır olan partiyadır”.


Publika.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı hakim partiyanın rəsmi saytına açıqlamasında deyib.


Onun sözlərinə görə, YAP-ın bütövlükdə seçki ilə bağlı fəaliyyəti həmişə müsbət nəticələr verib: “Yerli strukturlarımız da seçki hazırlığı ilə bağlı mütəmadi olaraq fəaliyyət göstərməkdədir. Məşhur bir deyim var ki, “seçki kampaniyasına seçki bitən günün səhərisi başlamaq lazımdır”. Yəni bu prosesə seçkidən seçkiyə deyil, daim seçki hazırlığı ilə bağlı işlər görülməlidir”.


M. Qurbanlı bildirib ki, YAP seçki məsələlərində ölkədəki istənilən siyasi partiyalardan müqayisəedilməz dərəcədə böyük təcrübəyə malikdir. Onun sözlərinə görə, YAP-ın seçki taktikasının ən mühüm xüsusiyyətlərindən biri odur ki, bu taktikada müasirlik önəmli yerlərdən birini tutur. Belə ki, müasir dünyada ayrı-ayrı ölkələrin seçki təcrübəsi öyrənilir və həmin təcrübədən səmərəli istifadə olunur.


“Biz ötən il ölkədə cənab İlham Əliyevin yüksək səviyyədə keçirilən seçki kampaniyasında iştirak etdik. Partiyamızın lideri ötən ilin oktyabrında keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazandı. Təbii ki, bu kampaniyadan sonra qarşımızda bələdiyyə seçkilərinə hazırlıq dayanırdı, növbəti ildə isə parlament seçkiləri keçiriləcək. Bəzi siyasi təşkilatlar isə seçki hazırlığını məhdud çərçivədə həyata keçirdikləri üçün uğursuzluğa düçar olurlar. Bunu da ört-basdır etmək üçün müxtəlif uydurmaları gündəmə gətirirlər”- deyə o, bildirib.


M. Qurbanlı qeyd edib ki, YAP-ın gücü Heydər Əliyevin ideyalarının daşıyıcısı olmasındadır, bu ideyalar və onun müəyyən etdiyi prinsiplər yalnız patiyayaa deyil, xalqa xas olan ideyalardır. Partiyamızın gücünün, həmçinin Prezident İlham Əliyev kimi liderinin olması ilə əlaqələndirən M. Qurbanlının fikrincə, YAP-ın peşəkar kadr potensialı da bu məsələdə ciddi rol oynayır. Azərbaycanda güclü dövlətçilik prinsiplərinin mövcud olduğunu qeyd edən icra katibinin müavini deyib ki, bu prinsiplərə söykənən partiyamızın seçkilərdə uğur qazanması təbiidir: “Bilirsiniz ki, partiya rəhbərliyi tərəfindən bələdiyyə seçkilərinə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Qanunvericiliyə uyğun olaraq seçki hazırlığı işləri davam etməkdədir. Seçkilərdə gənclərin və qadınların namizədliyinə üstünlük verilməsi nəzərdə tutulur. Bütövlükdə, YAP-n İcra Katibliyi, İdarə Heyəti və Siyasi Şurası müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün bütün səylərini səfərbər edib. Biz bələdiyyə seçkilərində böyük uğur qazanacağımıza inanırıq”.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR