Azərbaycan Rusiyaya qarşı “bioloji müharibə” poliqonuna çevrilir - Şok iddia
Bizi izləyin

Nida.az

Azərbaycan Rusiyaya qarşı “bioloji müharibə” poliqonuna çevrilir - Şok iddia

Dünyada insanların məhvi “görünməyən güclə” həyata keçirilir. Söhbət bu gün geniş yayılmış sintetik biologiyadan gedir.

Bu, XX əsrin 30-cu illərində nüvə fizikası kimi tətbiqi elmin ən proqressiv bölməsi kimi qeyd edilir. Alimlər genetik mühəndislik sənətini fasiləsiz inkişaf etdirməyə ciddi intizamla çalışırlar. Məqsəd təbiətdə mövcud olmayan canlıların yetişdirilməsidir.

Lakin buna paralel olaraq bəşəriyyətin əhalisi yavaş-yavaş məhv olmalıdır. Sanki hardasa “görünməyən əl” bunu həyata keçirdir.

Bütün dünyanın hərbi və sənaye kəşfiyyatları, o cümlədən Monsanto və ya BASF kimi nəhəng kimyəvi konsernlər geni dəyişdirilmiş məhsulları istehsalında maraqlıdır. Hər gün xüsusi hazırlanmış toxumlar, gübrələr, dərmanlar, qidalar, boyalar planetin əhalisinə yedizdirilir.

Bu bioloji silahlardır və belə konsernlər yeni silahları qitələrin uzaq ərazilərində gizli şəkildə sınaqdan keçirdir.

Publika.az xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin bioloji silahlarla bağlı apardığı araşdırmada qeyd olunur ki, indi ən insafsız vasitə ölümcül virus və zəhərləyici maddələr deyil, ondan da dəhşətlisi molekullara mikroskopik dozalar yeridilməklə maddələr mübadiləsinin pozulması və irsi xəstəliklərin yayılmasıdır. Bu cür sınaqlar milyonlarla insanın davranışlarını belə dəyişdirir.

“Ən yaxın onillikdə kütləvi məhvə qadir olan genetik silah yaradıla bilər. Genetikanın inkişafı yaxın illərdə etnik təmizləmələrin miqyasını keçə biləcək kütləvi məhvlərə səbəb ola bilər”, -deyə Britaniya Tibb Assosasiyasının (BMA) bu yaxınlarda yayılan hesabatında bildirilir.

Nəşr qeyd edir ki, son illər ABŞ raket əleyhinə müdafiə sistemindən başqa, bioloji müdafiə sistemini də irəli sürür. İndi Rusiya perimetri üzrə Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan bu proqram üzrə ABŞ-ın müttəfiqidir.

“Lakin biloji silahların ilk olaraq bu ərazilərdə sınaqdan keçirilməyəcəyini heç kim zəmanət verə bilməz”, -deyə nəşr vurğulayır.

Yeni bioloji silahlar əsasən sonsuzluq kimi irsi xəstəliklərə yol açır. Çünki müasir bioloji müharibənin gedişində rəqibin birbaşa məhvi əlverişsizdir. Buna görə də, bioloji elmi zəif olan ölkələr- yuxarıda qeyd etdiyimiz kimi, Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi - vaksinlərin, dərmanların və perspektivli maddələrin sınaqdan keçirilməsi üçün gözəl poliqondur.
Eyni zamanda, burda reklamın rolu önəmlidir. Çoxsaylı preparatların möhtəşəm reklamları “genetik bomba” üçün ən gözəl gizli yerdir.

Misal üçün, 1929-cu ildə Çinin bəzi əyalətlərində pambıq yağından qidada istifadəsi çox xoş qarşılanmışdı. Amma 1970-ci illərdə bunun nəticəsində kişilərdə sonsuzluq kütləvi şəkildə yayılmağa başladı.
Reklamlarda xüsusi xətlər seçilir. Misal üçün, “İnqavirin” preparatı 2014-cü ilə qədər onkoloji xəstələrdə qan formalaşmasının stimulyatoru kimi istifadə olunurdu, amma indi soyuqdəyməyə qarşı “ən yaxşı” dərman kimi reklam olunur.

Antivirus kimi təqdim edilən “Kaqosel”, “Polioksidoniy” “İnqavirin” “Sitovir”, “Panavir” və digərləriin əks təsirləri öyrənilməyib. Bu preparatlar xüsusilə uşaqlar üzərində tətbiq ediləndə ək-effektləri çoxalır.

Nəşr ardınca şok iddia ilə çıxış edir. İddiaya görə, ABŞ Rusiyanı bioloji müharibə ilə məhv etmək istəyir. Çünki hərbi yolla məhv mümkünsüzdür və bu dünya müharibəsinə səbəb ola bilər. Bunun üçün Rusiyaya qarşı “bioloji müharibə” başladılacaq və bu müharibə Rusiya ilə sərhəd olan ölkələrə də yayılacaq. Hansı ki, bu, Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan xətti ilə güman edilir. Bununla, Rusiyanı sərhədləri çərçivəsində mühasirəyə alınması planlaşdırılır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm