“Müsavat Arif Hacılı və onun dəstəsinindir” – Gənclərdən sərt ittiham
Bizi izləyin

Nida.az

“Müsavat Arif Hacılı və onun dəstəsinindir” – Gənclərdən sərt ittiham

Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbasın partiyadan istefasından sonra ona yaxın gənclər Müsavatı topa tutub.

Publika.az xəbər verir ki, Ə. Abbasa yaxın gənclərdən olan Rəşad Museyibzadə bildirib ki, bundan sonra Müsavat xalqın deyil, Arif Hacılı və onun dəstəsinindir.

“Əhliman Abbas istefa verən kimi başladılar ki, siyasətdən başı çıxmır, yarıtmırdı, onun dövründə MGT bir dənə də olsun iş görmədi, məsuliyyətsiz idi. Belə görünür, bu problemlər əvvəldən var imiş. Yaxşı, bu problemlər var idisə, bəs niyə qabardılmırdı? Niyə Əhlimanın istefasını tələb etmirdiniz? Şərt qoyardınız ki, ya səhvlərini düzəlt, ya da istefa ver! “Bunu öz aramızda eliyirdik” bəhanəsi gətirməyin, ictimaiyyət qarşısında qaldırardınız məsələni. Bu məsələdən söhbət belə getməyib, deməli, bu problemlər də olmayıb”, - deyə o bildirib.


R. Müseyibzadə qeyd edib ki, sırf Əhlimanın təhsilinə, oxuduğu yerə görə MGT-ni gücləndirmək mümkün idi: “Bunu eləmək isə özünü uzun müddətdir siyasətdə olduğunu deyən, hər şeyi ancaq bunların bildiyini sübut etməyə çalışan və Əhlimanın seçilməsi üçün gecə-gündüz təbliğat aparan Müsavatçı siyasətçilər idi ki, onlar da bunu eləmədilər.

Müsavatdan istefa verən bütün gənclər savadlıdır. Müsavat neçə savadlı insan itirdi. Savadlı insanları yanına çəkməkdənsə, ancaq özlərindən ibarət bir dairə yaratdılar. Əhliman haqqında qarasına danışanların bir çoxu xüsusilə onu dəstəkləyən “siyasətçi” müsavatçılar indi deyir ki, səhv etmişik. Bəli səhv etdiniz. Elə bildiniz ki, gəlib sizə qoşulacaq, sizin dediklərinizlə oturub duracaq. Amma əksi oldu. Ola bilsin Əhlimanın siyasi biliyi zəif olsun, amma onun komandasında olan gənclər uzun müddətdir Müsavatda və siyasətdə olan gənclər idi”.

Ə. Abbasın tərəfdarı əlavə edib ki, bundan sonra Müsavat xalqın deyil, Arif Hacılı və onun komandasınındır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm