Milli Şuraya mitinqi üçün 8 min dollar – Sensasiya
Bizi izləyin

Nida.az

Milli Şuraya mitinqi üçün 8 min dollar – Sensasiya

Milli Şura 12 oktyabr mitinqi üçün Qərbdən 8 min dollar pul alıb.

Publika.az-a özəl mənbələrdən daxil olan məlumata görə, Avropa Parlamentində təmsil olunan siyasi qrupların birinə yaxınlığı ilə seçilən Qərb QHT-lərindən biri Azərbaycanda demokratiya və insan haqlarının olmamasına etiraz mitinqi keçirmək üçün Milli Şuraya 8 min dollar məbləğ ayırıb.

“QHT rəhbərləri həbs ediləndən sonra, xüsusilə Leyla Yunus saxlanılan kimi Milli Şura avropalı himayəçiləri ilə internet üzərindən müzakirə aparıb. Həmin müzakirələrdə Milli Şuraya etiraz mitinqi təşkil edilməsi təklif olunub və bunun üçün lazımi dəstəyin veriləcəyi bildirilib. Qurumun rəhbərliyi mitinqin təşkilati işi üçün lazım olacaq məbləği yaxın günlərdə deyəcəklərini bildiriblər. Qurum daxilində hesablamalardan sonra mitinq üçün məbləğ 8 min dollar olaraq açıqlanıb”, - deyə mənbə bildirib.


Mənbə iddia edir ki, mitinq üçün 8 min dollar Milli Şuraya yaxın olan, amma heç kimin ağlına gəlməyəcək bir şəxsin bank hesabına köçürülüb.

Mənbə bildirib ki, həmin şəxsin dəqiq kimliyini bilmir, amma kiçik bizneslə məşğul olduğu məlumdur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm