
“Moskvadakı mənbələrdən mənə daxil olan məlumata görə, Sərkisyanın Qarabağ məsələsində güzəştə getmək istəməsi Putini çox qıcıqlandırır. Çünki Putin Ukrayna münaqişəsini əsas götürərərək Qarabağ münaqişəsinin nizama salınmasına çalışır. Başlanğıc üçün, Azərbaycanın Qərb yönümlü siyasətdən imtina etməsi, Ermənistanın isə bir neçə rayonu qaytarması lazımdır”.
Publika.az xəbər verir ki, bu barədə
Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika
və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen deyib.
Onun sözlərinə görə, strateji hədəfdə Azərbaycanın Avrasiya
İttifaqına daxil olması var: “Bunun üçün Rusiya Qarabağı
Azərbaycana qaytarmalı olacaq. Çünki başqa cür Bakının Moskvaya
doğru oriyentasiyasını dəyişdirmək mümkün deyil. Sərkisyan buna
razı olar, amma Ermənistandakı Qarabağ klanı buna maneə
yaradır”.
A. Koen əlavə edib ki, bu gün ABŞ Ermənistana Azərbaycandan daha çox güzəşt edir: “Vaşinqton Qarabağ münaqişəsinin həllini istəyir. Amma Ermənistan buna müqavimət göstərir. Hansı ki. ABŞ-dan Ermənistana milyonlarla dollar yardımlar edilir, 902-ci düzəlişə görə isə bu yardımlar Azərbaycana edilmir”.
Asif