Prezidentə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub
Bizi izləyin

Nida.az

Prezidentə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub

Oktyabrın 16-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib.

Universitetin rektoru Mahmadyusuf İmomov bu ali təhsil ocağının Elmi Şurasının Azərbaycan Prezidentinə Fəxri Doktor adının verilməsi və Elmi Şuranın fəxri üzvü seçilməsi ilə bağlı qərarını oxudu.

Sonra Azərbaycan Prezidentinə Fəxri Doktor diplomu və mantiyası təqdim olundu.

Dövlətimizin başçısı universitetin professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm