• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Siyasi xronologiya: Azərbaycanda dövlət çevrilişinə cəhdlər - Araşdırma

  • Nida.az
  • 16 Oktyabr 2014 15:40
  • 1 107 Baxış
Siyasi xronologiya: Azərbaycanda dövlət çevrilişinə cəhdlər - Araşdırma

2003-cü il 16 oktyabr hadisələrindən 11 il ötür. Həmin vaxt müxalifət ölkədə dövlət çevrilişi etməyə cəhd etdi, lakin uğursuz alınan bu cəhddən sonra müxalifətin enişi başlandı.

Bu gün 11 il öncəsi tarixə baxanda müxtəlif versiyalar yada düşür. Firqə daxili qarşıdurmada tərəflər baş verənlərə görə bir-birini ittiham edir, xarici ekspertlər xalqın dəyişikliyi istəmədiyini dilə gətirirlər. Ən maraqlı iddia isə bu hadisələrdə xarici barmağın olmasıdır. Hansı ki, zaman-zaman bu məsələlər gündəmə gəlib.


Publika.az son 10 ilin mənzərəsində Bakı küçələrində dövlət çevrilişinə cəhdləri araşdırıb.

Əvvəlcə II minillikdə məşhurlaşan rəngli inqilablar haqda. Dövlət çevrilişi ilə nəticələnən bu proseslər müəllifləri tərəfindən inqilab deyə adlandırılır və xüsusi rəng seçilir. Misal üçün, narıncı, yaxud digər formada. Belə inqilabların həyata keçirilməsi nəzəriyyəsi var: “idarə olunan xaos” nəzəriyyəsi. Bu nəzəriyyə 1983-cü ildə ABŞ-da Mürəkkəblik institutu tərəfindən işlənilib. Yeri gəlmişkən, bir sıra tanınmış amerikan diplomatı əvvəlcə bu institutda işləyib, yaxud təhsil alıblar. Misal üçün, Azərbaycanda fəaliyyət göstərmiş Stiven Mann bu institutda strateji təhsil alıb.

Burda məqsəd destruktiv vəziyyətlər yaratmaq, iğtişaşları körükləmək, kütlənin coşmasına rəğmən əsas ipi öz əllərində saxlamaq. Nəzəriyyəyə əsasən hər şey belə planlaşdırılır.

2003-cü il prezident seçkiləri: Azərbaycan ictimaiyyəti “rəngli inqilab” deyimi ilə həmin il tanış oldu. Hadisələr Bakıda deyil, Tiflisdə baş verirdi. Gürcüstan “qızılgül inqilabı”nı yaşadı və Şevarnadze devrildi. Həmin ərəfədə oktyabrın 15-16-sı hadisələrini yəqin ki, heç kim unutmayıb. Müxalifət xarici dəstəyə söykənərək dövlət çevrilişi etmək istəyirdi, lakin, cəhdlər baş tutmadı.


2005-ci il parlament seçkiləri: Azərbaycan müxalifəti narıncıya boyanmışdı. Bakı 2004-cü ilin Kiyevini xatırladırdı. Bir il öncə Kiyev narıncı inqilabını yaşamışdı. Hədəfdə Azərbaycan var idi və paytaxt küçələrində tez-tez “narıncılar” gözə dəyirdi. Plan baş tutmadı. 2004-cü ildə Kiyevdə oturub inqilabı idarə edənlərdən olan Aleksey Qriqoriyevs 9 il sonra Milli Demokratiya İnstitutunun rəhbəri adı altında Bakıda görünəcəkdi.


2008-ci il prezident seçkiləri: Bu seçkiləri gənc Azərbaycanın seçki tarixində maneələr yaradan xarici müdaxilə olmadan keçən seçki hesab etmək olar.


2010-cı il parlament seçkiləri: Bu seçkidə müxalifət bir qədər oyanmışdı və müəyyən qədər xarici dəstək də verilirdi. Lakin ölkəni qarışdırmaq kimi cəhdlər görünmürdü. Hər şey sakit idi, 2013-cü ilə qədər.


2013-cü il prezident seçkiləri: Proses ilin əvvəlindən başladı. Müxtəlif adlar altında xüsusilə gənclər tərəfindən keçirilən aksiyalar ilk baxışdan pərakəndə xarakteri daşıyırdı. Daha sonra 2004-cü ildə “Kiyev inqilabçısı” olan Qriqoryevs Bakı küçələrində görünməyə başladı. Bu dəfə inqilab rəngli olmayacaqdı, söhbət daha cəlbedici və möhtəşəm “facebook inqilabı”ndan gedirdi. “Markın inqilabına” kifayət qədər pul da ayrılmışdı. Lakin diqqət çəkən bir məqam var idi. Qərb “köhnə dostları”ndan-müxalifətdən nəsə gözləmədiyi üçün bu dəfə “stavka”nı gənclərə etmişdi. Bu proses alınmadı və Aleksey Bakını tərk etdi. Amma hər şey bitməmişdi. Bu dəfə müxalifət boş qalmış meydana girdi və onlardan dəstəyi kəsmiş Qərbin acığına Rusiyaya üz tutdular. Moskvada fəaliyyətə başlayan “Milyarderlər ittifaqı” və eyni zəncirin Bakıya qədər uzanan halqası fonunda Qərbin rəngli inqilabından daha sərt, “Şimal çevrilişi” prosesinə qoşuldu. “Bakı inqilabı” 10 il sonra da uğursuz başa çatdı.


2015-ci il parlament seçkiləri: “2015-ci ildə Qərb Azərbaycanda “rəngli inqilab”lara hazırlaşır”.

Bu iddia ilə Rusiyanın “Nezavisimaya qazeta” nəşri çıxış edib.

Bunun Rusiya-Qərb qarşıdurmasında əhəmiyyətli Bakının siyasi oriyentasiyasına təsir baxımından informasiya propaqandası hesab etmək olar. Lakin o da bəllidir ki, bu gün Bakını yanına çəkmək üçün hər iki tərəf dəridən-qabıqdan çıxır və bunun üçün təzyiqlərdən də istifadə edilir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR