“Əhməd Oruca heyvanları ilə fəaliyyətində uğurlar arzulayıram”
Bizi izləyin

Nida.az

“Əhməd Oruca heyvanları ilə fəaliyyətində uğurlar arzulayıram”

“Bildiyim qədər Əhməd Orucun fermer təsərrüfatı var, daima heyvanlarla məşğul olur. Heyvanlarla məşğul olan adamlara siyasət mövzusundan danışmaq alınmır”.


Bunu Publika.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Məclis sədri, Milli Şura üzvü Rafiq Manaflı Azadlıq Partiyasının sədri Əhməd Orucun onun haqqında fikirlərinə münasibət bildirərkən deyib.

R. Manaflı qeyd edib ki, Əhməd Oruc adlı siyasətçi tanımır: “ Ona fermer təsərrüfatı işində, heyvandarlıq sahəsindəki fəaliyyətində uğurlar arzu edirəm”.


Onun sözlərinə görə, Milli Şura üzvlərinin Demokratiya və İnsan Hüquqları Mərkəzinin bəzi üzvləri tərəfindən tənqid və ittihamlarla qarşılaşması təsadüfi deyil: “Demokratiya və İnsan Hüquqları Mərkəzi adlı qurumun yaradılması bu ittihamlara bir təkan oldu. Əvvəl guya məhbusların hüquqlarının müdafiə komitəsi yaradırdılar, sonra mərkəzə çevrildilər. Biz çox gözəl bilirik ki, bu mərkəz Milli Şuraya qarşı yaradılan qurumdur. Orada yığılan bəzi adamlar son illərin siyasi gedişlərində bir-birini özləri üçün qırmızı xətt kimi qəbul ediblər. Deyirdilər ki, bu adamla müttəfiqlik etmək olmaz, bununla bir yerdə olmaq mümkün deyil və s. Özləri bilər. Ancaq Milli Şuraya qarşı mübarizədə bütün qırmızı xətlər tapdandı və yaşıllaşdı. Şəxsən bizim üçün müəyyən etdiyimiz qırmızı xətt var və onu heç bir situasiyada tapdalamırıq. Mənim üçün avrointeqrasiya ilə müqayisədə Rusiyaya yaxınlaşmaq qırmızı xətdir və onu heç vaxt tapdalaya bilmərəm.

Onlar 10 partiyadır və özlərini qeydiyyatdan keçmiş elan edərək böyük güc olduqları görüntüsünü yaradırlar. Bu partiyalardan biri də Əhməd Orucun partiyasıdır. Vaxtilə VHP bizim istəyimizin əksinə olaraq Əhməd Orucla bələdiyyə seçkilərində müttəfiqlik edib. Onun özü və Kamal adda bir müavini var idi. Bu ikisindən başqa ortaya adam çıxara bilmədi. İndi, deyəsən, müavini də çıxıb gedib və Əhməd Orucla partiyası qalıb. Təsəvvür edin ki, bu partiya bir nəfərdən ibarətdir. Həmin mərkəzdə olan partiyaların da əksəriyyətinin kimdən və nədən ibarət olduğunu tanıyırıq. Hər kəs öz tərbiyəsinə və səviyyəsinə uyğun gülləsini atır. Mənim Əhməd Orucla heç salamım olmayıb. O, məndə antipatiya yaradan insandır”.


Qeyd edək ki, Ə. Oruc sosial şəbəkələrdə R. Manaflıya qarşı sərt ittihamlar səsləndirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm