Nida.az
Dağıstanda büst qalmaqalı – azərbaycanlı qəhrəmanın büstü haradadır?
Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Şəmsulla Əliyevin Dərbəndin “Boyevoy slavı” parkında qoyulan büstü şəhər meriyası tərəfindən sökülərək zibilliyə atılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın müasir tarix muzeyinin bölgə idarəsinin sabiq direktoru Sergey Cəbrayılov məlumat verib.
Onun sözlərinə görə, bu, tarixə həqarətdir: “Bu insanlar dünya
müharibəsində canlarından keçib. Amma yerli hakimiyyət orqanları bu
məsələlərə barmaqarası baxır.
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Dağıstan filialının
rəhbəri Seyran Rəhimov isə büstün zibilliyə atılmadığını deyib.
S. Rəhimov Publika.az-a açıqlamasında bildirib ki,
Ş. Əliyev Dərbənd doğulub, burda böyüyüb, müharibəyə də burdan
gedir: “Müharibədə həlak olub və Sovet İttifaqı qəhrəmanı adına
layiq görülüb. Onun büstü parkın mərkəzində idi. Bu parkın
arxasında “Retro” adlı böyük bir restoran tikilib. Lakin parkda
restavrasiya işləri getdiyi üçün büstü götürərək restoranın
həyətinə qoyublar və xahiş ediblər ki, təmir işləri başa çatana
qədər büst orda qalsın. Həmin restoranın sahibi İran əsilli Dərbənd
sakinidir. Mən də tanıyıram. Bu məsələ ortaya çıxanda mən də gedib
danışdım. Şəhər meriyası ilə görüşdüm və bildirdim ki, büst
təmirdən sonra öz yerinə qaytarılmalıdır. Onlar da dedilər ki, biz
deməsək belə, büstü yerinə qaytaracaqlar. Gələn il böyük vətən
müharibəsinin 70 illiyidir”.
ÜAK nümayəndəsi qeyd edib ki, büstün özü də restavrasiya
ediləcək.
“Artıq parkda yeni postament qoyulub. Ətrafına fəvvarə də
düzəldiləcək və büst yerinə qaytarılacaq. Bundan narahat olmaq
lazım deyil. Dediyim kimi, büst zibilliyə atılmayıb, təmirə qədər
restoranın həyətinə qoyulub. Biz bu işlər yaxından maraqlanırıq,
heç bir narahatçılığa əsas yoxdur”, - deyə S. Rəhimov
bildirib.
Qeyd edək ki, II Dünya müharibəsində kapitan rüstbəsində döyüşən Şəmsulla Əliyev Dərbənd şəhərində anadan olub. O, 1943-cü ilin payızında 309-cu atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini olub. Ş. Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak edib.
1943-cü ilin noyabrın 19-da kapitan Ş. Əliyev qəhrəmancasına həlak olub. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilib.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!