• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İlham Əliyev: "Biz bir-birimizi dəstəkləməliyik"

  • Nida.az
  • 16 Oktyabr 2014 20:35
  • 314 Baxış
İlham Əliyev: "Biz bir-birimizi dəstəkləməliyik"

Oktyabrın 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Publika.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərkən deyib: "Tacikistana yenidən rəsmi səfər etmək dəvətinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Dost, qardaş Tacikistan torpağında olmağıma çox şadam. Mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən qonaqpərvərlik münasibətlərimizin yüksək səviyyəsinə dəlalət edir. İlk növbədə, Sizi və bütün tacik xalqını müstəqilliyin möhkəmləndirilməsi və Tacikistanın sosial-iqtisadi inkişafı işində böyük nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Həmin uğurlar illik sürətli iqtisadi artım rəqəmlərində özünü göstərir".

Dövlət başçısı qeyd edib ki, bu uğurları elə ilk baxışdan Düşənbənin necə yeniləşdiyini və gözəlləşdiyini görəndə də hiss etmək olar: "Qurub-yaratma, inkişaf, beynəlxalq və regional siyasətdə fəal iştirak ölkənizi səciyyələndirir. Biz dost kimi sizin uğurlarınıza sevinirik. Əlbəttə ki, rəsmi səfərin imkanlarından istifadə edərək, gələcək əməkdaşlığın yollarını müəyyənləşdirmək istəyirik. Bu gün təkbətək görüşdə qeyd etdiyimiz kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əməkdaşlıq edirik. Biz bütün məsələlərdə bir-birimizi dəstəkləməliyik. Çünki fikir mübadiləsi zamanı qeyd etdiyimiz kimi, bizim çox mürəkkəb, xüsusilə müstəqilliklə bağlı mürəkkəb tariximiz var".

İlham Əliyev bildirib ki, müstəqillik böyük çətinliklərlə əldə edilib: "Bəlkə də ən çətin vəziyyətə Tacikistan və Azərbaycan düşmüşdü. Çünki məhz bizim ölkələrimizdə vətəndaş müharibəsi olmuşdu. Sizdə bu müharibə daha uzun müddət çəkdi və daha böyük qurbanlar oldu. Bizdə isə bu müharibə nisbətən az çəkdi, lakin xeyli tələfat oldu. Mahiyyətcə bu sarsıntılar ölkələrimizə inkişaf etməyə imkan vermirdi. Sizin rəhbərliyinizlə Tacikistanda sabitliyin bərqərar edilməsi davamlı inkişaf üçün başlıca amil oldu. Bu gün ölkənizə sərmayələr yatırılır, Tacikistan beynəlxalq və regional təhlükəsizlik sistemində layiqli yer tutur, regionda vacib rol oynayır. Əlbəttə ki, Tacikistan inkişaf etdikcə bu rol daha da artacaq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR