PA rəsmisi: “Bələdiyyə seçkilərində sərbəst toplaşmaq üçün 280-dən artıq yer müəyyən olunub”
Bizi izləyin

Nida.az

PA rəsmisi: “Bələdiyyə seçkilərində sərbəst toplaşmaq üçün 280-dən artıq yer müəyyən olunub”

“Qarşıdakı seçkinin xüsusiyyətini nəzərə alaraq icra hakimiyyəti orqanları tərəfindən sərbəst toplaşma üçün 2800-dən artıq açıq və qapalı yerlər müəyyən edilib”.


Publika.az xəbər verir ki, bu barədə Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə “Seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov deyib.


Onun sözlərinə görə, Azərbaycanda son illər seçkilərin keçirilməsi istiqamətində böyük təcrübə qazanılıb.

PA rəsmisi Azərbaycan Prezidentinin seçkilərin qanun çərçivəsində keçirilməsində israrlı olduğunu, seçkilərə kənar müdaxilə hallarının qarşısının alınması və belə hallara yol verən şəxslərin cəzalandırılması haqqında tapşırıqlarını xatırladıb: “Azərbaycanda 1607 bələdiyyəyə keçiriləcək bələdiyyəyə seçkilərinin yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb”.


H. Mövsümov qeyd edib ki, bu gün DSK-ların müasir tələblərə cavab verən şəraitlə təmin olunması seçkilərin beynəlxalq standartlarına uyğun keçirilməsinə imkan verir: “Seçki komissiyalarına yüksək şəraitin yaradılması baxımından Azərbaycan dünyada aparıcı yerlərdən birini tutur”.


O, həmçinin bildirib ki, Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi xüsusi diqqət mərkəzindədir və son illərdə bütün müvafiq qurumlar bu işə cəlb olunub. Nəticədə seçici siyahıları ilə bağlı nöqsanlar o qədər azalıb ki, onlar fövqəladə hal kimi qəbul olunur və dərhal da aradan qaldırılır.


H. Mövsümov əlavə edib ki, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr vaxtilə məntəqələrdə veb-kameraların quraşdırılması və seçkilərin canlı yayılmasını seçkilərə müdaxilə kimi qiymətləndirdilər. Lakin sonda bunun seçkilərin demokratikliyini təmin etdiyini görüb susdular.

Onun fikrincə, növbəti seçki prosesində məntəqələrdə veb-kameraları quraşdıracaq şəxslərin məsuliyyəti artırılmalı, onlara xüsusi təlimlər keçirilməli, aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılması, onların maarifləndirilməsinə daha çox diqqət yetirilməlidir.

Qeyd edək ki, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm