Asəf Hacıyev: “Nobel mükafatçısının çantasını monitordan keçirdilər”
Bizi izləyin

Nida.az

Asəf Hacıyev: “Nobel mükafatçısının çantasını monitordan keçirdilər”

Milli Məclisin payız sessiyasının ikinci iclası öz işinə başlayıb. Deputatlar gündəliyi təsdiq etdikdən sonra çıxışlar başlayıb.


Publika.az xəbər verir ki, deputat Asəf Hacıyev, “Gömrük haqqında” qanuna dəyişikliklər təklif edib. Bildirib ki, dövlət yolu ilə ezamiyyətə göndərilənlər vergidən azad edilməlidir.

Millət vəkili Gəncə Aqrar Universiteti haqqında da danışaraq deyib ki, bu universitetə qəbul ildən-ilə azalır: “Hesab edirəm ki, Təhsil Nazirliyi bu məsələyə diqqət etməli, müəyyən kvotalar ayırmalıdır. Hesab edirəm ki, bu kənd təsərrüfatı sahəsinə müsbət təsir edəcək”.

Deputat daha sonra qeyd edib ki, bu yaxınlarda Humanitar Foruma gələn Nobel mükafatçısını qarşılayıb: “Amma onun çantası monitordan keçirildi. Qonaq da buna təəccüb etdi. Bu VİP-də baş verdi. Dünyanın heç bir yerində bu olmur. Hesab edirəm ki, bu məsələyə də diqqət olunmalıdır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm